Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev təqaüdünü təqdim edib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev təqaüdünü təqdim edib.

Təqaüd 2016-cı ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin təbliği məqsədilə təsis olunub.

Bu il təqaüdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin iki tələbəsi - Şaxnoza İsmatova və Tatyana Abbasova layiq görülüblər.

Təqaüdü tələbələrə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov təqdim edib.

Samir Abbasov tələbələrlə görüş zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, onun elmə, təhsilə verdiyi töhfələrdən danışıb.

O, qeyd edib ki, Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğısı nəticəsində onların bir qismi dünyanın aparıcı universitetlərdə təhsil alıb.

Şaxnoza İsmatova və Tatyana Abbasova AMM-nə təşəkkürlərini bildirib, gələcək fəaliyyətlərini Azərbaycan və ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliğinə həsr edəcəklərini vurğulayıblar.

Qeyd edək ki, ötən il bu təqaüdə Özbəkistandakı Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin iki tələbəsi layiq görülmüşdü.

10.05.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası