Özbəkistanda azərbaycanlı alim, görkəmli pedaqoq, tərcüməçi Seyid Rza Əlizadənin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda azərbaycanlı alim, görkəmli pedaqoq, tərcüməçi Seyid Rza Əlizadənin 130 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Cari il 6 may tarixində Daşkənddəki Cahan Dilləri Universitetində Səmərqənddə yaşayan azərbaycanlı alim, görkəmli pedaqoq və tərcüməçi və jurnalist Seyid Rza Əlizadənin 130 illiyi ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbirdə Özbəkistanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, azərbaycan diasporunun üzvləri, bu ali ali məktəblin professor, müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, ötən əsrin sonlarında və XX əsrin əvvəllərində Özbəkistanın Səmərqənd şəhərində yaşayıb-yaratmış görkəmli maarifçi, jurnalist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi və aktyor Seyid Rza Əlizadə özbək xalqının maariflənməsində çox böyük xidmətləri olmuşdur. 14 dil bilən azərbaycanlı alim ensiklopedik biliyə malik olmuş, Azərbaycan və dünya ədəbiyyatından çoxsaylı əsərlər tərcümə etmişdir.
Azərbaycan maarifçilərindən ilham alan Seyid Rza Əlizadə Səmərqənddə ilk dəfə olaraq yeni tipli məktəblərin açılmasına nail olmuş, məktəblər üçün çoxsaylı tədris proqramları hazırlamış, Səmərqənddə çıxan "Səmərqənd", "Novıy Samarkand", "Ovozi tacik" qəzet və jurnallarına maarifçi məqalələr dərc etdirib.
Tədbiri giriş sözü ilə açan Qanisher Rahimov Seyid Rza Əlizadənin Türküstanda xalq maarifinin və mədəniyyətin inkişafındakı müstəsna xidmətlərindən danışıb. O, Özbəkistan Respublikasının Nazirlər Kabinetinin tanınmış alim Seyid Rza Əlizadənin 130 illik yubileyinin qeyd olunması Qərarını yüksək qiymətləndirərək, bunu dövlətin elmə, mədəniyyətə, ədəbiyyata göstərdiyi qayğı kimi qiymətləndirib.
Çıxış edən akademik Bəxtiyar Nazarov S.R.Əlizadənin 1918-1920-ci illərdə özbək, tacik və Orta Asiyada yaşayan farsların Əlifba kitabını, tacik dilinin qrammatikasını hazırladığını və alimin çıxşaxəli fəaliyyətindən danışıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə yaşayan azərbaycanlıların elm, mədəniyyət, ədəbiyyatın inkişafında xidmətlərini qeyd edib. O, Türküstan və Azərbaycan arasında bir mədəniyyət körpüsü yaradan Seyid Rza Əlizadənin maarifçi, jurnalist və tərcüməçi kimi fəaliyyətindən danışaraq, alimin Azərbaycan ədəbiyyatı ilə əlaqələri, Mirzə Ələkbər Sabirlə görüşü və Üzeyir Hacıbəyovla əlaqələrini xüsusi qeyd edib.
Diplomat Seyid Rza Əlizadənin ensiklopedik biliyə malik olması, çox dil bilməsi, zəngin pedaqoji təcrübəsinin nəticəsi olaraq bölgənin özbək, tacik, qazax və qırğız əhalisi arasında məşhurlaşmasına səbəb olduğunu və bu cür şəxsiyyətlərin fəaliyyətlərin xalqlar arasında bir dostluq körpüsü yaratdığını söylədi.
Özbək professor Naim Kərimov çıxışında bildirdi ki, S.R.Əlizadə fitri istedadı və zəhməti sayəsində Türküstanda cədidçilər adlandırılan yenilikçilər hərəkatının öncüllərindən birinə çevrilib. O, xalqı maarifləndirmək, cəhalət yuxusundan ayıltmaq üçün mətbuatdan istifadə edən alimin həm Türküstanda, Qafqazda və Hindistanda yüzlərlə məqalə və şeirlərinin nəşr olunduğunu çıxışında qeyd etdi.
Digər çıxışçılar Seyid Rza Əlizadəni gərgin əməyi və səyi nəticəsində 1918-ci ildə Səmərqənddə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları, "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının tamaşaya qoyduğunu və bütün imkanlardan istifadə edərək Azərbaycan mədəniyyətini Orta Asiyada yayılmasına çalışdığını vurğuladılar.
Böyük maarifçinin nəvəsi Fərhad Əlizadə babasının xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlıq edib. Fərhad Əlizadə represiya qurbanı olmuş babasının nəşinin uzun illər axtardığını və 1987-ci ildə isə çox çətinliklə olsa da, uzaq Sibirdən Səmərqəndə gətirildiyini və burada dəfn etdirdiyini söylədi. O, Özbəkistan dövlətinin Səmərqənddə Seyid Rza Əlizadənin xatirəsini əbədiləşdirdiyini, onun adına küçə, məhəllə , orta məktəb verildiyini fərəh hssi ilə qeyd etdi.
Sonda Özbəkistanın xalq artisti Nəsibə Abdulalyeva Seyid Rza Əlizadənin ana dili Azərbaycan dilində mahnılar ifa etdi.

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası