Daşkənddə “Xalqların adət-ənənələri” adlı mədəniyyət festivalında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Xalqların adət-ənənələri” adlı mədəniyyət festivalında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib.

Daşkənddəki ingilisdilli Beynəlxalq Vestminster Universitetində ənənəvi olaraq keçirilən “Xalqların mədəniyyəti və adət-ənənələri” adlı festivalda Azərbaycan təmsil olunub.
Festival çərçivəsində Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzlərinə otaqlar ayrılmış və hər bir ölkə öz mədəniyyətini, turizmini nümayiş etdirib.
Öncə tədbirin rəsmi açılış mərasimində universitetin rektoru Kamilcon Karimov çıxış edərək festivalın əhəmiyyətindən danışıb, qeyd edib ki, festival Universitetin tələbələrinə, o cümlədən özbək gənclərinə müxtəlif xalqların mədəniyyətləri, incəsənəti, adət və ənənələri ilə tanış olmaq və bu mövzuda biliklərini artırmağa imkan verdiyini söyləyib.
Tədbirdə bir neçə xarici ölkənin təmsilçisinə fəal əməkdaşlığa görə fəxri diplomlar təqdim olunub. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da təltif olunub.
Festivalda Azərbaycan stendini Özbəkistandakı Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzi təşkil edib.
Ölkəmiz üçün ayrılmış xüsusi otaqda Azərbaycan mədəniyyətinə dair stend, Qarabağ geyimləri, suvenirlərimiz, milli musiqi alətlərimiz, Azərbaycanın müxtəlif regionlarında toxunmuş xalçalar nümayiş etdirilib.
Azərbaycan guşəsində təşkil olunmuş kitab sərgisində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər iştirakçıların böyük marağına səbəb olub.
Nümayiş etdirilən videoçarxda Azərbaycanın füsunkar mədəniyyəti, turizm gözəllikləri göstərilib.
Builki sərgidə Daşkənddəki Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqlarının hazırladıqları milli suvenirlərimiz nümayiş etdirilməklə yanaşı, praktiki olaraq onların hazırlanma prosesi təqdim edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinə ayrılmış xüsusi stenddə isə ölkəmizin ali məktəbləri, dünya standartlarına cavab verən təhsil ocaqlarına dair məlumatlar sərgilənib, Azərbaycan Diplomatik Akademiyası, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin təqdimatı keçirilib, xüsusi bukletlər paylanılıb.
Qeyd edək ki, Mədəniyyət Festivalında ABŞ, Böyük Britaniya, Misir, Koreya, Pakistan, İtaliya, Rusiya, Çin, Qazaxıstan, İran və başqa ölkələr öz mədəniyyət stendlərini təqdim ediblər.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin milli rəqs qrupları çıxış edib, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı bir sıra milli rəqslərimizi ifa ediblər.

29.04.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası