Daşkənd Dövlət İqtisadiyyat Universitetində keçirilən "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənd Dövlət İqtisadiyyat Universitetində keçirilən "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfransda Azərbaycan təmsil olunub.

Cari il 28 aprel tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində keçirilən "Turizm təhsili: problemlər və perspektivlər" adlı konfransda Özbəkistanın Daşkənd Dövlət İqtisadiyyat Universiteti, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Aşpazlar Birliyinin, aparıcı turizm şirkətləri, mütəxəssislər, tələbələr iştirak ediblər.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Daşkənd Dövlət İqtisadiyyat Universitetinin prorektoru M.Pulatov ölkədə son illər turizm təhsili sahəsində əldə edilmiş nailiyyətlər, problemlər və perspektivlər barədə danışaraq, təşkil edilmiş tədbirin əhəmiyyətindən danışaraq, konfransda maraqlı məruzələrin, təqdimatların, habelə tələbələrin itirakı ilə turizm şirkətləri ilə birbaşa debatların olacağını qeyd etdi.
Tədbirdə Özbəkistanda turizm infrastrukturunun inkişafı, mövcud resurslardan faydalı istifadə, xidmət və təhsil sisteminin əlaqələndirilməsi sahəsində Turizmin inkişafı üzrə Dövlət Komitəsinin departament rəhbəri Abduləziz Akkulov məruzə edib.
Konfransda qastronomik turizmin inkişafı məsələlərinə dair Özbəkistan Aşpazlar Birliyinin sədri Akbar Umarov çıxış edərək turizm sahəsinin inkişafında yüksək kadr hazırlığının əhəmiyyətindən danışdı, Özbəkistanda ali məktəblərlə turizm şirkətlərinin əlaqəli işləməsi və praktikaya daha çox üstünlük verilməsinin vacibliyi barədə məruzə etdi.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti barədə məruzə etdi. Məruzədə Azərbaycanda turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi və tədrisdə qazanılan uğurlar barədə danışılıb.
Qeyd edək ki, məruzə ilə yanaşı Azərbaycan Mədəniyyət Mərkəzinin ölkənin turizm potensialı, Azərbaycanda təhsili, Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyətinə dair hazırladığı xüsusi videoçarx nümayiş etdirilib.
Sonrakı məruzələrdə Daşkənddəki “Le grande Plaza” otelinin rəhbəri Zakircon Qafurov, “Battuta travel” turizm firmasının direktoru Bekzod Şatulaqanov turizm sahəsində innovasiyaların tətbiqi, kadrların əsas tələbləri və s. barədə çıxışlar olub.
Daha sonra dəyirmi masada diskusiyalar keçirilib. İştirakçı təşkilatlar və şirkətlər sualları cavablandırıblar.
Dəyirmi masada çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan Turizm və Menecment Universitetinin turizm təhsil sahəsində bir sıra uğurlar əldə etdiyini qeyd etdi.
Tələbələrin sualını cavablandıran S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələrinin həyata keçirdiyini, ölkənin şəhərlərinin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axının olduğu vurğuladı.
Özbəkistanla-Azərbaycan arasında turizm təhsili sahəsində əməkdaşlığa dair sualı cavablandıran S.Abbasov Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd Dövlət İqtisadiyyat Universiteti ilə Azərbaycanın Turizm və Menecment Universiteti arasında Memorandumun imzalanmasına dair hər iki tərəflə razılıq əldə edildiyini söylədi.
Diplomat Memoranduma qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, səfərlərin reallaşdırılması, turizm təhsili sahəsinin aktual məsələlərinə dair birgə konfransların, seminarları təşkili, elmi nəşrlərin mübadiləsi, birgə yay məktəblərin təşkili və gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsinə dair tədbirlərin daxil edilməsinin planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, Konfrans maraqlı müzakirələrlə davam edib.
Tədbirin sonunda Daşkənd Dövlət İqtisadiyyat Universitetinin həyətində “Açıq səma altında muzey” layihəsi təqdim olunub. Burada Özbəkistanın bir sıra tanınmış abidələrinin maketləri nümayiş etdirilib, bədii hissə iştirakçılara təqdim edilib.

28.04.2017

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası