Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin moda sərgisi keçirilib.

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.
Daşkənddə Rəssamlıq Akademiyasında keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionları, habelə Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri canlı olaraq Akademiyanın həyətində rəsmlər və əl işləri yaradaraq, sərgiyə xüsusi rəng qatıblar.
Bu il də Festivala maraq böyük olmuş, festivalda Akademiyanın müxtəlif sərgi salonlarda gənc istedadların rəsmləri əl işləri sərgilənib.
Festival çərçivəsində Akademiyanın və İnstitututların Milli libaslar və Dizayn fakültəsinin tələbələri milli geyim koloritlərindən istifadə edərək öz kolleksiyalarını nümayiş etdiriblər.
Geyimlərdə Özbək adrasından istifadə edilmiş, ənənəvi və müasir geyim stilləri nümayiş etdirilib.
Moda sərgisi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyırdı.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi builki Festivalda da Azərbaycanın Qarabağ diyarına aid geyimlərin moda sərgisini təqdim edib.
Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər.
“Qarabağ şikəstəsi”nin sədaları altında Özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.
Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirillən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, “Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

19.04.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası