Azərbaycanlı şair İxtiyar Rzanın Özbəkistanda barelyefinin açılışı olub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanlı şair İxtiyar Rzanın Özbəkistanda barelyefinin açılışı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə yaşamış tanınmış azərbaycanlı şair, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş İxtiyar Rzanın yaşadığı evin üzərində onun xatirə löhvəsinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin, Səfirliyinin əməkdaşları, Daşkənd şəhəri üzrə Azərbaycan diasporasının fəalları, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, şairin ailə üzvləri, yaxınları, mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkənin ictimai-mədəni həyatında azərbaycanlıların daim aktiv olduğunu və onların yaradıcılıqları iki ölkə arasında dostluq əlaqələrinin inkişafına təkan verdiyini söylədi. O, Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi layihəsinə Azərbaycan Respublikasının Mədəniyyət və Turzm Nazrliyinin dəstək göstərdiyini və bu hadisənin Azərbaycan dövlətinin, prezidentinin xarici ölkələrdə yaşayan tanınmış azərbaycanlıların yaradıcılığına və irsinə olan hörməti, qayğısının bir göstəricisi olduğunu qeyd etdi.
Samir Abbasov Özbəkistandakı tanınmış azərbaycanlıların irsi, habelə şair İxtiyar Rzanın yaradıcılığı haqqında danışaraq, azərbaycanlıların daim Özbəkistanın ictimai-mədəni həyatında mühüm rol oynadıqlarını bildirib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ötən il tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun Daşkənddə yaşadığı evin qarşısında xatirə löhvəsinin açıldığını qeyd etdi. Bu cür layihələrin davam etdiriləcəyini bildirən diplomat iki xalq arasında dostluq, mədəni əlaqələrin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verdi.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Gülbahar Aşurova çoxmillətli, çoxmədəniyyətli ölkə olan Özbəkistanın inkişafında Azərbaycanlıların rolundan danışdı, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə artıq tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun, şair İxtiyar Rzanın xatirəsinin əbədiləşdirilməsinin xalqlar arasında dostluğa, qardaşlığa verilən töhvə kimi dəyərləndirdi.
Daşkənd şəhər Azərbaycan diaspora təşkilatının sədri Firdovsi Hüseynov, azərbaycanlı ziyalı, alim Səxavət Odjiev, Özbək şair Tahir Qahhar Özbəkistanda Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə kimi ədəbiyyat nəhəngləri ilə bir sırada adı çəkilən İxtiyar Rzanın yaradıcılığının əsas məqamlarından söhbət açdılar.
Qeyd edək ki, Özbəkistan Yazıçılar Birliyinin üzvü olmuş, tanınmış azərbaycanlı şair İxtiyar Rza 1969-2012-ci illərdə Daşkənd şəhərindəki Üçtəpə rayonunda 22-ci məhəllə, 11-ci binada yaşamışdır.
Şairin yaradıcılığında Vətən, azadlıq, insan xoşbəxtliyi əsas mövzu olaraq öz əksini tapıb. Onun “Vətən”, “Ana yurdum Türküstanım”, “Mənim ölkəm”, “Mənimsən” və başqa əsərləri Özbəkistanda sevilir və populyardır.
İxtiyar Rzanın barelyefi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Arxitektura və Layihə İnstitutunun dosenti, tanınmış heykəltaraş Marina Borodinova tərəfindən hazırlanıb.

18.04.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası