XƏBƏRLƏR 2017
Daşkənddə “İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisi öz işinə başlayıb.
Sərgidə Azərbaycan da təmsil olunur.
“İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi bugün Daşkənddə "УЗКУРГАЗМАСАВДО" mərkəzində rəsmi açılışı olub.
Beynəlxalq Sərginin əsas təşkilatçısı Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsi, “İpək yolu” turizm şirkətidir.
Tədbiri Özbəkistan Respublikasının Baş Nazirinin müavini Sadıq Safayev açaraq, qonaqları salamlamış, tədbirin əhəmiyyətindən danışmış, Özbəkistanın turizm sahəsində qarşıya qoyduğu vəzifələr barədə məlumat verib.
Özbəkistanın Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Ənvər Şarapov “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisində xarici turizm firmaları ilə yanaşı, ölkənin regionlarının da fəal iştirak etdiyini və onlar öz turizm resurslarını təqdim etdiyini bildirdi.
Qeyd edək ki, Sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizi təmsil edib, “Azərbaycan” stendi ziyarətçilərə təqdim edilib.
Azərbaycan stendində ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı nümayiş etdirilib, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizminə dair göndərilmiş nəşrlər paylanılmış, “Baku Shopping Festival”ın təqdimatı olmuş, haqqında Mədəniyyət Mərkəzinin layihəsi ilə Bakıda keçirilən Ticarət Festivalı haqqında hazırlanmış xüsusi bukletlərin və bu mövzudakı videoçarxın nümayiş etdirilmişdir.
Beynəlxalq Turizm Sərgisində Azərbaycan Mədəniyyət Mərkəzinin stendi ilə yanaşı Azərbaycanın Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” otelləri də öz turpaketlərini təqdim ediblər.
Azərbaycan stendinə maraq böyük olub, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının qızları milli rəqslərimizi ifa ediblər.
Sərgidə Rusiya Federasiyası, Türkiyə, Çin, Çexiya, Ukrayna, Qazaxıstan, Malayziya, Tailand, Sinqapur, Vyetnam və s. ölkələr milli stendlərini təşkil edərək turpaketlərini təqdim ediblər.
Çoxsaylı xarici turizm şirkətləri öz ölkələrinin yaz-yay turizm paketlərini təqdim ediblər.
13.04.2017