Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsi həyata keçiriləcək. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi layihəsi həyata keçiriləcək.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi məşhur qlobal layihənin Özbəkistan Respublikası üzrə həyata keçirilməsinə start vermişdir.
Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinin əsas məqsədi müxtəlif metodlarla bir daha Özbək ictimaiyyətinə Azəraycanın mədəniyyət, musiqi beşiyi olan Qarabağı tanıtmaq, bu diyarda azərbaycanlıların yaratdığı zəngin mədəniyyət, musiqi, tarixi abidələri təbliğ etmək, münaqişə nəticəsində işğala məruz qalmış, torpaqları zəbt edilmiş və öz yurd - yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını insanlara çatdırmaq və xalqımızın sülhsevər obrazının möhkəmləndirməkdir.
Layihə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilati dəstək göstərəcəkdir.
“Azərbaycan, Qarabağ, sülh üçün oxu” adlı layihədə Özbək gəncləri 4 Azərbaycan xalq mahnısını "Bayatı Şiraz" (Vətən haqqında), "Anadır arzulara Qarabağ", "Ay Laçın" və "Sizə salam gətirmişəm" adlı Azərbaycan mahnılarını Azərbaycan və Özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda ifaçı gənclər Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərlərin təmsil edən gənclər qeyd edilən musiqi nömrələrini hissə-hissə ifa edəcəklər.
Müsabiqədə iştirak edəcək və nəticələri müsbət qiymətləndirilən istedadlı uşaqların yekunda Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş qala konserti keçiriləcəkdir. Qaliblərə müsabiqənin şərtlərinə əsasən Fəxri Fərman və pul mükafatları təqdim ediləcəkdir. Gənclər Azərbaycan və Özbək mahnılarını ifa edərək öz musiqiləri ilə Azərbaycana dostluq mesajları verəcək, müharibələrə son, sülhə çağırış edəcəklər.
Nəticələr nümayiş etdirmək məqsədi ilə televiziya kanallarına göndəriləcək, İnternetin "youtube.com" səhifəsində yerləşdiriləcək və disklərdə buraxılacaqdır.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, sözügedən layihə sırf mədəniyyət layihəsidir, burada peşəkar müğənnilərlə yanaşı, həvəskar musiqiçilər də iştirak edəcəklər.

07.04.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası