Azərbaycan Mədəniyyət Mərkəzi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dili versiyasının yaradılması işinə start verib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dili versiyasının yaradılması işinə start verib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dilində məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə 2016-cı ildə "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyada aparılan monitorinq nəticəsində məlum olmuşdur ki, sözügedən məlumat bazasında Azərbaycana dair Özbək dilində məlumatlar olduqca az və demək olar ki, yox səviyyəsindədir.
S.Abbasov bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflə çıxış etmiş və Nazirlik Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək bölməsinin yaradılması təklifini müsbət qiymətləndirmişdir.
"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın dünyanın ən böyük məlumat bazası kimi milyonlarla insanın müraciət etdiyi mənbə olduğunu və dünyanın əksər dillərində məlumatların mövcud olmasını nəzərə alaraq, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən nəhəng layihəyə start vermişdir.
Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xüsusi Komissiya yaradılmış, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənlişdirilmiş, sistemləşdirilmiş və tərcüməçi ailimlərlə (Usman Kuçkarov, Rüstəmcan Cabbarov, Şaxlo Kasımova) sözügedən materialların Azərbaycan dilindən Özbək dilinə tərcüməsinə dair razılıq əldə olunmuşdur. Artıq Mədəniyyət Mərkəzi tərəfindən proses başlanmılıb.
Materiallar tərcümə və redaktə olunduqdan sonra Beynəlxalq Elektron Ensiklopediyada Özbək dili üzrə yaradılan bölmələrə daxil edilir.
Layihə çərçivəsində İnternetdə Azərbaycana dair özbək dilində informasiya əldə etmək istəyən hər bir istifadəçi ölkəmizə dair dolğun və obyektiv məlumat əldə edə biləcəklər.
Aparılan gərgin iş öz nəticəsini vermişdir. Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci vitze prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikasının Xankəndi şəhəri, Şuşa rayonu, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, İrəvan şəhəri, İrəvan Dövlət Dram Teatrı adlı bölmələr tam yaradılmış, yeni məlumatlar və şəkillərlə zənginləşdirilmişdir.
Hazırda Azərbaycan tarixi ən qədim dövrlərdən müasir dövrlərədək, xüsusi ilə müstəqillik dövrü, Zəngəzur, Qarabağın etimologiyası, Xocalı şəhəri, Laçın, Kəlbəcər, Ağdam rayonları, Xocalı soyqırımı, azərbaycanlıların tarixi torpaqlarından, öz yurdlarından deportasiyası, 20 yanvar, 20 noyabr, Ağdaban, Qaradağlı faciəsi, Xocalı soyqırımı, Azərbaycan iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, şəhərləri, ölkəmizin turizm məkanları, Azərbaycan ədəbiyyatı, klassikləri haqqında məlumatlar, habelə Azərbaycan üçün prioritet əhəmiyyət daşıyan məlumatların hazırlanması işi həyata keçirilir.
Mənbələr, ədəbiyyat siyahısı olmadığı halda məlumatların "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasına daxil olunması qeyri-mümkündür, habelə informasiyaların bir-biri ilə bağlılığı, məlumatlar arasında keçid linklərinin olması həyata keçirilən işlər üçün böyük əmək tələb edir.
Son zamanlar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan onlarla kitabın elektron versiyası da Ensiklopediyaya daxil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, digər dillərdə olduğu kimi Özbək dilində də qlobal axtarış saytlarında "google.uz", "yandex.ru" və s. sistemlrdə sorğu verildikdə əsasən ilk mənbə kimi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının məlumatlarına isnad edilir.

22.03.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası