Azərbaycanda Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olmuşdur. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanda Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olmuşdur.

Bakıda Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında cari il 29 mart tarixində “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olmuşdur.
Qeyd edək ki, layihənin əsas məqsədi Özbəkistandakı Azərbycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin son 4 ildə həyata keçirdiyi işlərin, xüsusi ilə özbək dilində işıq üzü görmüş nəşrlərin təqdimatı olmuşdur.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri, Özbəkistanın Azərbaycandakı Səfirliyinin müşaviri, Milli Məclisin deputatları, Azərbaycan Milli Məclisində Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri, ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycanın Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov açaraq “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi barədə, keçirilən təqdimat mərasimi barədə məlumat vermiş, təqdimat mərasiminin məhz, Azərbaycanla Özbəkistan arasında ictimai, mədəni, ədəbi əlaqələrin yüksək səviyyədə olmasının bariz təzahürü olduğunu vurğuladı.
Mayıl Əhmədov bu cür tədbirlərin keçirilməsinin hər iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da inkişafına yeni təkan verdiyini söylədi.
Mayıl Əhmədov xüsusilə vurğulamışdır ki, Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycanın haqq işinin müdafiə edilməsində Özbəkistan dövləti həmişə bizim yanımızdadır. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dövlətlərimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxsaylı layihə və tədbirlər həyata keçirməkdədir. Təqdim edilən “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi həmin silsilədən olan tədbirlərdən biridir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər haqqına ətraflı məlumat vermiş, bu cür layihələrin davamlı olaraq həyata keçiriləcəyini bildirmişdir.
Daha sonra Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov məruzə ilə çıxış edib. Diplomat məruzəsində həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqlarının yaradıldığını qeyd edib. Azərbaycan Mədəniyyət Mərkəzinın təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Otağının, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Kabineti fəaliyyətə başlayıb.
S. Abbasov Azərbaycan milli mədəni irsinin qardaş ölkədə tanıdılması, təbliği istiqamətində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilimiş, "Bəxt üzüyü" və "Yol əhvalatı" kinokomediyaları, 4 cizgi filmi özbək dilinə dublyaj olunmuşdur.
Özbəkistan mətbuatında Azərbaycanın təbliği və tanıdılması istiqamətində görülən işlər barədə danışan Samir Abbasov bildirmişdir ki, hər il Özbəkistan KİV-lərində Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan edilir və ilin yekununda Mədəniyyət Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilir.
Təqdim olunan kitablar və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Kitab layihələri” haqında ətraflı məlumat verərək S. Abbasov qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin dərinləşdirilməsi sahəsində aparılan elmi araşdırmalar səfirliyimiz tərəfindən daim dəstəklənir.
2016-cı ildə özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu “Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri” adlı kitabı çap olunub. Kitabın əsas üstün cəhəti Azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə Azərbaycan dilində tərcümələrindən nümunələrin verilməsidir. Bundan əlavə, “Özbək-Azərbaycan, Azərbaycan-özbək” danışıq kitabçası, Azərbaycanın Xalq yazıçısı Anarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, o və telefon" adlı kitabı Daşkənddə çap edilmişdir. Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin ayrı-ayrılıqda özbək dilinə tərcümə olunması ilə bağlı müvafiq razılıq əldə olunmuş və artıq 2 əsər - "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" özbək dilinə tərcümə edilmişdir. Son üç il ərzində Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “XX əsr Azərbaycan şeiriyyəti antologiyası", "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda", "Azərbaycan yazıçılarının hekayələri”, "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri”, Nizami Gəncəvinin “Maxzanu-ulasror” (“Sirlər xəzinəsi)”, "Ozarbayjoning madaniy merosi:
Культурное наследие Азербайджана", Məhəmməd Füzulinin "Kalb kovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabları, Nizami Gəncəvinin "Xəmsə"si, Müasir Azərbaycan şairlərinin şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası, Yunus Oğuzun “Sultan Alp Arslan”, “Şah arvadı və cadugər” romanları, gənc yazar Pərvin Nurəliyevanın “Qar yağacaq” hekayələr kitabı özbək dilinə tərcümə edilərək çap edilmişdir.
Tədbirdə Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatlarından Səyavuş Novruzov, Elman Nəsirli, Elmira Axundova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, yazıçı-publisist Yunus Oğuz, filologiya elmləri doktoru Ramiz Əskər və digərləri çıxış edərək Özbəkistandakı Azərbaycan səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə gördüyü işlərin digər nümayəndəliklər üçün örnək ola biləcəyini vurğulamış, ikitərəfli əlaqələrin daha genişləndirilməsi istiqamətində öz təkliflərini səsləndirmişlər.

29.03.2017

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası