XƏBƏRLƏR 2017
Özbəkistanın "Dunyo boylab" telekanalında "Telesayohat" verilişində növbəti
buraxılışına Azərbaycana həsr etmişdir.
Azərbaycanın təbliği, habelə Özbək turistlərin ölkəmizə cəlb edilməsi məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Özbəkistanın "Dunyo boylab" telekanalının jurnalistlərinin Azərbaycana səfəri təşkil olunmuş və onlar ölkəmiz haqqında geniş veriliş hazırlamışlar.
"Telesayohat Ozarbayjon" adlanan 2 hissəlik veriliş qardaş ölkənin "Dunyo boylab" telekanalında 5 dəfə nümayiş olunmuşdur.
Verilişin 1-ci hissəsində Azərbaycan, onun paytaxtı Bakı şəhəri, şəhərin turizm imkanları, tarixi binalar, turistlər üçün maraqlı məkanlar, ölkəmizin mədəniyyəti, adət-ənənələri, son illər əldə edilmiş nailiyyətlər geniş işıqlandırılmışdır. Bakının tarixi Qız qalası, İçəri şəhər, habelə müasir memarlıq nümunələri, Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Xalça Muzeyi və s. haqqında verilişdə xüsusi məlumat verilib.
Verilişin 2-ci hissəsində Azərbaycanın Gəncə şəhəri, şəhərin ümumi mənzərəsi, Xan bağı, Cavad xanın məqbərəsi, Nizami məqbərəsi, habelə Azərbaycan təbiətinin incisi Göygöl haqqında danışılır. Göygölün füsunkar gözəlliyi haqqında məlumat verilir, qeyd olunur ki, nəinki Azərbaycanın dünyanın gəzməli-görməli yerləri siyahısında Göygölün adı il sıralarda olmalıdır.
2016-cı ilin sentyabr ayında Gəncədə keçirilən Türkdilli ölkələrin Gənclər Festivalı verilişdə xüsusi işıqlandırılır, Özbəkistanın Festivalda iştirakı və hər dövlətin təmsilçilərinin təşkil etdiyi milli mədəniyyət nümunələri, xalqların mətbəxinə dair sərgilər verilişdə nümayiş olunur, xalqlar arasında tarixi yaxınlıq, oxşarlıqlar faktlarla vurğulanır.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən televiziya verilişlərinin materiallarını geniş kütləyə çatdırılması məqsədi ilə internetin "youtube.com" səhifəsində yerləşdirmişdir.
11.02.2017