Azərbaycan rəssamlarının əsərləri və milli geyimlərimiz Özbəkistan Rəssamlıq Akademiyasında “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgidə nümayiş olunur. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan rəssamlarının əsərləri və milli geyimlərimiz Özbəkistan Rəssamlıq Akademiyasında “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgidə nümayiş olunur.

Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədəki Azərbaycan Diaspora təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ilə birgə Rəssamlıq Akademiyasında açılan “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgidə "Azərbaycan" stendini təşkil ediblər. Sərgi Özbəkistanın Respublika Beynəlmiləl Mədəniyyət Mərkəzinin 25 illiyinə həsr edilib.

Sərginin açılışında Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri iştirak ediblər.

Özbəkistan Baş nazirinin müavini Tanzila Norbaeva BMM-in 25 illiyi münasibətilə mədəniyyət mərkəzinin rəhbərliyini və üzvlərini təbrik edərək onların ölkə mədəniyyətinin tanınması və təbliğindəki rolunu vurğulayıb.

BMM-in sədri Nəsrəddin Məhəmmədiyev, ÖRİ-nin sədri Akmal Nuriddinov və başqaları belə sərgilərin keçirilməsinin ölkədə millətlərarası sabitliyin möhkəmlənməsi, xalqlar arasında dostluq və qardaşlığın daha da güclənməsi, dinlərarası tolerantlığın inkişafına zəmin yaratdığını bildiriblər.

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış fırça ustalarımız - Toğrul Nərimanbəyov, Salam Salamzadə, Maral Rəhmanzadə, Elbəy Rzaquliyev, Həsən Haqverdiyev, Hüseyn Məmmədov və digərlərinin əl işlərindən ibarət 16 rəsm əsəri sərginin ekspozisiyasında yer alıb. Sərgidə Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətlərimiz və suvenirlər də maraq doğurub.

24.01.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası