Azərbaycanın Əməkdar Artisti Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycanın Əməkdar Artisti Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb.

Daşkənddə Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyi ilə bağlı böyük bayram tədbiri keçirilib.

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyayev salona toplaşanları və ölkədə yaşayan xalqları BMM-in 25 illiyi münasibətilə təbrik edərək sabitliyin yaradılmasında bu xalqların böyük rolu olduğunu söyləyib.

Dövlət başçısı bildirib ki, bu gün Özbəkistanda 130-dan artıq xalq və millətin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır, ölkədə 137 milli mədəniyyət mərkəzi, 16 dini konfessiya fəaliyyət göstərir. Məktəblərdə 7 dildə dərslər keçirilir, televiziya kanallarında 12 dildə verilişlər hazırlanır, 10 dildə qəzet və jurnal dərc edilir.

Sonra dövlət başçısı BMM-ə daxil olan milli mədəniyyət mərkəzlərinin bir qrup rəhbərinə və aktiv əməkdaşlarına müvafiq mükafatlar təqdim edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Əməkdar Artist Kaykəb Əliyeva da mükafat alanlar sırasındadır.

Özbəkistan Prezidenti Kaykəb Əliyevaya “Dostluq” ordeni təqdim edib, mükafat alanlara daha böyük uğurlar arzulayıb.

24.01.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası