Daşkənddə Ulu öndər Heydər Əliyevin anım mərasimi və ümummilli liderə həsr olunmuş “Unudulmaz” sənədli filmin təqdimatı keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Ulu öndər Heydər Əliyevin anım mərasimi və ümummilli liderə həsr olunmuş “Unudulmaz” sənədli filmin təqdimatı keçirilib.

Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar. Mərasimdə səfirliyin və mərkəzin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları Mərkəzdəki Heydər Əliyev muzeyini ziyarət edib, foyedə Ulu Öndərin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurlar haqqında kitab və albomlara, Azərbaycanın tarixi, mədəniyyəti barədə nəşrlərə baxıblar.
Mərkəzin direktoru Samir Abbasov tədbiri açaraq Heydər Əliyev şəxsiyyəti, Özbəkistan – Azərbaycan əlaqələrinin inkişafında ulu öndərin xidmətləri barədə danışıb.
Mərasimdə çıxış edən Azərbaycandanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət xalqın təkidli tələbi ilə Bakıya qayıtması, müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi sözün əsl mənasında xilas etməsi və s. barədə söhbət açıb. H.Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddət ərzində siyasi və iqtisadi islahatlara başladı, uğurlu nəticələr əldə edildi. Səfir Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında da söhbət açıb.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində «Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filminin təqdimat mərasimi keçirilmişdir.
Ekran əsərinin ssenari və ideya müəllifi Elnur Niftəliyev isə bildirib ki, bu, ulu öndər Heydər Əliyevin həyatının araşdırılmamış anları haqqında sənədli filmdir.
«Lider» televiziyası tərəfındən ərsəyə gələn “Unudulmaz” filmi, milli liderin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandırır. Müəllif, sənədli fılmdə milli liderlə təmasda olan Klivlend xəstəxanasının həkım kollektivini bir araya gətirib. Burda ulu öndərin müalicəsində xüsusi əməyi olan ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələri əksini tapıb. Ekran işində eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib. “Ulu öndərin anım günündə Daşkənddə təqdim olunan “Unudulmaz” sənədli filminin premyerası, Bakıda Nizami Kino Mərkəzində gerçəkləşib.

12.12.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası