Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin tarixindən, ümumi dil, din, mədəniyyətlərin oxşarlığından danışıb.

Bildirilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın və Özbəkistanın sıx əlaqələrindən söhbət açılıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqalarının bu əlaqələrdəki rolu vurğulanıb. Hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyi və inkişaf etdiyi diqqətə çatdırılıb.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq olduğu qeyd edilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Memorandumda Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə araşdırmaların aparılması, layihələrin reallaşdırılması, elm və ədəbiyyat sahəsində mübadilənin həyata keçirilməsi və s. məsələlər nəzərdə tutulur.

“Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib. Tədbir iştirakçıları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim vurğulayıb ki, müasir dövrdə əlaqələrimizin təməli ümummilli lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyayev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistan inamla irəliyə doğru addımlayır.

Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur və digər ədiblərin Özbəkistan-Azərbaycan əlaqələrindəki rolundan bəhs edən AMEA-nın vitse-prezidenti hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə vəhdətdə zənginləşdiyini və inkişaf etdiyini diqqətə çatdırıb. İ.Həbibbəyli bildirib ki, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlər görülür. Ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb, aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub, özbək ədəbiyyatının Azərbaycanda yaşayıb yaratmış tanınmış nümayəndələrinin irsi araşdırılıb.

AMEA-nın Özbəkistan Elmlər Akademiyası ilə əməkdaşlığından danışan İ.Həbibbəyli konfransı dərin tarixə və çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Özbəkistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb. Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib, müsəlman ölkələri arasında elm, mədəniyyət sahələri üzrə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, ölkələrimiz İslam mədəniyyətinin və dünya mədəni-tarixi irsinin mərkəzi sayılır.

Daha sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan-Özbəkistan arasında mədəni-ədəbi sahədə əlaqələr, həyata keçirilən tədbirlər, layihələr barədə danışaraq, əlaqələrin yüksək səviyyədə inkişafında dövlət başçılarının xidmətini qeyd etdi. O ikitərəfli dostluq əlaqələrinə dair məruzə ilə çıxış etdi, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanan "Əzəli dostluq riştələri" adlı sənədli film barədə məlumat verdi.

AMEA-nın Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son iki ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” mövzusunda məruzələri dinlənilib.
Konfransda “Əzəli dostluq riştələri” sənədli filmi nümayiş olunub. “Əzəli dostluq riştələri” adlanan sənədli ekran əsərində Azərbaycan-Özbək xalqları arasında tarixən yaranmış dostluq, qohumluq, qədim dövrlərdən bu əlaqələrin başlanması, millətlərin eyni kökə, mədəniyyətə, adət və ənənələrə malik olması, Sovet dövründə Azərbaycanda və Özbəkistanda keçirilən "Mədəniyyət günləri, dekadaları", dövlət başçılarının qarşılıqlı səfərləri, dostluq əlaqələrinə dair fikirləri, iki ölkə arasında yüksək mədəni-ədəbi əlaqələr və s. dair maraqlı kadrlar yer alıb.

“Əzəli dostluq riştələri” adlı sənədli ekran əsərinin ssenari və ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, rejissoru tanınmış kinorejissor Eldar Məmmədovdur. Film ilk dəfə olaraq Səmərqənd şəhərində keçirilən "Azərbaycan Mədəniyyət günləri"ndə təqdimatı olub.

08.12.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası