“Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipinin təqdimatı olub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2017

  • bg2
  • bg2
  • bg2
  • bg2
1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

“Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipinin təqdimatı olub.

Bakıda Nizami Kino Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistanda hazırlanmış “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihədə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqları işğal edilmiş, milli-mədəni irsi dağıdılmış, talan edilmiş və etnik təmizləmə səbəbindən öz yurd-yuvalarını tərk etmiş soydaşlarımızın iztirablarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və xalqımızın sülhsevərliyini təbliğ etməkdir.
Vurğulanıb ki, Özbəkistan ictimaiyyətini Azərbaycanla bağlı məlumatlandırmaq, iki ölkə arasında dostluq əlaqələrini, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri təbliğ etmək məqsədilə bir sıra işlər görülür. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı materialların dünyada ölkəmizin təbliği işində dəyərli vasitə olduğunu deyən natiq dost və qardaş ölkədə keçirilən bütün beynəlxalq tədbirlər, festivallar, sərgi və yarmarkalarda bu əyani vəsaitlərin təbliğat işində rolunu yüksək qiymətləndirib. Sonra “Azərbaycan, Qarabağ və sülh üçün oxu” musiqi klipi nümayiş olunub.
Klipdə musiqiçilər “Bayatı-Şiraz” muğamını, “Anadır arzulara Qarabağ”, “Ay Laçın” və “Sizə salam gətirmişəm” və “Qarabağ şikəstəsi”ni ifa ediblər. Layihədə 32 həvəskar özbək musiqiçi iştirak edib. Klipdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” milli rəqs ansamblı bir sıra rəqslər ifa ediblər. Mahnıları ifa edilərkən Azərbaycanın Qarabağ bölgəsi, bu bölgənin gözəl və təkrarsız təbiəti, abidələri, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının işğaldan sonrakı vəziyyəti, müharibənin dəhşətli nəticələri nümayiş olunur.
Çəkilişlər Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Xivə, Fərqanə, Margilan, Gülüstan, Kaşqadərya və digər şəhərlərində aparılıb.

06.12.2017

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası