XƏBƏRLƏR 2018
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
“Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan və Azərbaycan arasında mədəniyyət əlaqələrinin genişlənməsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.
Mədəniyyət naziri Əbülfəs Qarayev “Fəxri mədəniyyət işçisi” döş nişanını Samir Abbasova təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir qeyd etmişdir ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən xeyriyyə tədbirləri, layihələr, konfranslar, diskussiyalar, poeziya gecələri təşkil edilir və bütün bu tədbirlərdə tanınmış şəxlər, incəsənət xadimləri iştirak edirlər. Ölkəmizin layiqli təbliğ olunması istiqamətində mərkəzin direktoru Samir Abbasovun müstəsna xidmətləri olmuşdur.
06.07.2018