“Özbək şeir çələngi” adlı Azərbaycan və Özbək dillərində çap olunan kitabın Daşkənddə təqdimatı keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

“Özbək şeir çələngi” adlı Azərbaycan və Özbək dillərində çap olunan kitabın Daşkənddə təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzimizin dəstəyi ilə Daşkənddə “Extremum – press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı kitabın təqdimat mərasimi keçirilib.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan Yazıçılar İttifaqının rəhbərliyi və nümayəndələri, bu ölkənin tanınmış şair və yazıçılar, ədəbiyyatsevərlər, təcrüməçilər iştirak ediblər.
Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən danışaraq, bugünə qədər Azərbaycan ədəbiyyatına dair Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilində çoxsaylı nəşrlərin işıq üzü gördüyünü qeyd edib. Natiq bildirib ki, Azərbaycan dilində Özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir və bu işi həyata keçirən azərbaycanlı tərcüməçi Şahməmməd Dağlaroğlu, özbək tərcüməçi Şaxlo Qasımova Özbək ədəbiyyatının tanınmış söz ustalarının şeirlərini Azərbaycan dilinə çevirməklə gözəl bir abidə yaradıblar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabın çapının Özbək ədəbiyyatına və Azərbaycanda qardaş xalqın şairlərinə rəğbət bəsləyən ədəbiyyatsevərlərə rəhbərlik etdiyi Mərkəz adından bir töhvə olduğunu qeyd edərək, kitabdakı şeirlərin çevrilməsinin xüsusi zəhmət tələb etdiyini və bu işdə xidmətləri olan tərtibçilərə - hər bir kəsə öz təşəkkürünü bildirdi.
Samir Abbasov vurğuladı ki, kitabda ilk dəfə olaraq Özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin tanınmış əsərləri Azərbaycan və Özbək dillərində oxucuya təqdim edilir. O, XX-XXI əsrdə Özbəkistan ədəbi mühitinin zəngin olduğunu və bir sıra azərbaycanlı şair, tərcüməçilərin Özbək ədəbiyyatından tərcümələr etdiyini qeyd edərək, kitabda verilən şeirlərin müxtəlif qələm sahiblərinə məxsus olmasına baxmayaraq, onlardan özbək xalqının mənəvi, mədəni zənginliyini, qardaş xalqın poeziyasının Azərbaycan oxucusuna çatdırıldığını qeyd etdi. O, kitabın hər iki dildə tərtibinin gələcəkdə onun hər iki tərəfdə oxunacağına və maraqla qarşılanacağına ümid etdiyini bildirdi.
Azərbaycanlı ədəbiyyatşünaslar, kitabın redaktorları Əkbər Qoşalı və Fərid Hüseyn tədbirdə çıxış edərək ölkəmizdə türk dünyasının zəngin ədəbi mühiti ilə seçilən Özbək ədəbiyyatına, şairlərinə böyük maraq olduğunu qeyd etdilər. Onlar kitabda tərtibçilərin təkrarsız yaradıcılıqları ilə Özbəkistanda məşhur olan qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin də şeirlərinə yer verməsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.
Natiqlər Azərbaycan-Özbək xalqları arasında daim ədəbi əlaqələrin yüksək səviyyədə olduğunu və ədəbiyyatımızın bu əlaqələrdən faydalandığını qeyd etdilər. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çap olunan kitabın xalqlarımıza, ədəbiyyatımıza ən böyük hədiyyə olduğunu söylədilər.
Digər çıxışçılar Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair-Özbəkistanın tanınmış “Kitab dünyası” jurnalının baş redaktoru Xasiyət Rüstəmova Özbək ədəbiyyatını, özbək düşüncəsini əks etdirən şeirlərin, əsərlərin Azərbaycancaya çevrilməsini təqdir edərək, azərbaycanlı ədəbiyyatsevərlər, tədqiqatçılar üçün yaxşı imkanlar açıldığını və ədəbiyyat tarixində misilsiz bir işin həyata keçirildiyini söylədilər.
Qeyd edək ki, “Özbək şeir çələngi: Узбек шеърияти гулчамбари” adlı ikidilli kitabın tərtibçiləri Azərbaycanlı şair Şahməmməd Dağlaroğlu, özbək şairə, tərcüməçi Şəhla Qasımovadır. Kitaba azərbaycanlı akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər.
“Узбек шеърияти гулчамбари” adlı kitabın məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə əvəzsiz olaraq göndəriləcəkdir.

14.06.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası