XƏBƏRLƏR 2018
“Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti”
mövzusunda yazı müsabiqəsinə yekun vurulub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin keçirdiyi “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti” yazı müsabiqəsinə yekun vurulub.
Azərbaycan Mədəniyyət Mərkəzi xəbər verir ki, müsabiqədə Azərbaycanın və Özbəkistanın ali məktəblərinin, lisey və kolleclərin tələbələri, şagirdlər iştirak edib.
Müsabiqənin şərtlərinə görə yazılar AMM-də fəaliyyət göstərən komissiyaya Azərbaycan, özbək, rus və ingilis dillərində təqdim edilib.
Yazılarda Azərbaycan Xalq Cümhuriyyətinin uğurları, dövlətçilik və müstəqillik tarixində əvəzsiz rolu, həyata keçirilən böyük islahatlar və digər mövzular əhatə edilib.
Müsabiqədə birinci yerlər Azərbaycandan olan jurnalist Əli Əliyevə, Özbəkistandan isə Daşkənddəki 178 nömrəli orta məktəbin şagirdi Niqora İslamovaya, ikinci yerlər Daşkənddəki Hüquq liseyinin şagirdi Şazirizadbanu Səttarovaya və Koreya Mərkəzinin şagirdi Firuzə Yaqubovaya verilib. Üçüncü yerlərə isə paytaxtdakı 147 nömrəli məktəbin şagirdləri Səid Xəlilov və Nilufər Ənvərova layiq görülüb.
28.05.2018