XƏBƏRLƏR 2018
Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə Festivalında Azərbaycan tərəfi builki
iştirakını Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib.
Hər il Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təşkilatçı kimi iştirak edir və Mərkəz builki iştirakını Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib.
Tədbirdə Daşkənd şəhərində yerləşən 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər.
Özbəkistan Həmkarlar İttifaqı, Danın da dəstək verdiyi tədbirin bu ilki təşkilatçısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.
Öncə Daşkənd şəhər hakimiyyətinin nümayəndəsi Səyyara Xocayeva qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasında istedadların üzə çıxarılması, onların gələcəyə inamının artırılması, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edərək, əsl dost dəstəyini göstərən Azərbaycan dövlətinə öz təşəkkürünü bildirdi. Natiq Özbəkistanda dövlət tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğuladı.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov
Özbəkistan-Azərbaycan dostluğundan danışaraq müstəqil dövlətlərimizin olmasının gələcək nəsillər üçün böyük imkanlar açdığını söylədi. O, Azərbaycanda və dünyada bu il xalqımızın öz istiqlalına qovuşmasının yüz illik yubiley tədbirlərinin geniş qeyd olunduğunu və rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin də Festivalda iştirakını məhz Cümhuriyyətin 100 illiyinə həsr etdiyini bildirdi. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan natiq, müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd etdi.
Daha sonra tədbirin bədii hissəsinin açılışı olub. “Özbəkistan bizim ümumi evimizdir” adlı Festivalın laureatlarının, habelə Daşkənddəki internat və uşaq evlərinin iştirakı ilə hazırlanan konsert proqramında eşitmə qabiliyyəti zəif, fiziki qüsurlu uşaqlar öz istedadlarını nümayiş etdiriblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qzıları” və “kiçik fidanlar” rəqs qrupları milli Azərbaycan rəqslərini ifa etdilər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Bədii hissədən sonra uşaq və yeniyetmələrə bayram ziyafəti verilib.
19.05.2018