Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə konsert keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə konsert keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycanın əməkdar artisti, 2017-ci il “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qran pri mükafatçısı, tanınmış tarzən Sahib Paşazadənin solo konserti keçirilmişdir.
Tədbirdə Özbəkistan Sənət və Mədəniyyət İnstitutun müəllim və tələbələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət sahəsində tanınmış simaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən İnstitutun rektoru, professor İbrahim Yuldaşev Azərbaycan və Özbək xalqları arasında dostluq əlaqələrindən danışaraq, xalqlarımız arasında tarixi yaxınlıq, qədim dövrlərdən başlayan dostluq əlaqələrimizin bugün də uğurla davam etdiyini xüsusi qeyd edib. O, mədəniyyət sahəsinin gələcək mütəxəssislərinə Azərbaycan mədəniyyətinin tanıdılması və təbliği layihəsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Rektor İbrahim Yuldaşev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımız üçün çox əhəmiyyətli işlərə imza atdığını söyləyib. O, parlamentin yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, dövlət atributlarının təsis edilməsi, Şərqdə ilk dəfə olaraq ölkəmizdə yaşayan bütün millətlərə və qadınlara böyük hüquqların verilməsi Cümhiriyyətimizin əldə etdiyi nailiyyətlər olduğunu vurğuladı. Natiq Ulu öndər Heydər Əliyevdən sitat gətirərək, bugünki müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olduğunu qeyd etdi.
Daha sonra konsert proqramı iştirakçılara təqdim edildi. Azərbaycanlı tarzən, əməkdar artist Sahib Paşazadə və Özbəkistan Dövlət Konservatoriyasının gənc istedadlı fortepianoçusu Alfiya Usmanovanın birgə konsert proqramında bir sıra maraqlı Azərbaycan və Qərb klassiklərinin əsərləri ifa olundu.
Tarzən Sahib Paşazadənni “Çahargah rapsodiyası”, “Ay Laçın”, Vasif Ad;g[z’lovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə əsərindən”, Fərhad Bədəlbəyli “Şuşa”, Montinin “Çardaş”, Bramsın “Macar rəqsi” və s. əsərlərin ifası iştirakçıların böyük marağına və alqışlarına səbəb oldu.
Sonda hər iki musiqiçi çıxış edərək dostluq konsertinin Azərbaycanın istiqlalının 100 illiyinə həsr etdiklərini və bu məqsədlə çıxışın onlara şərəf verdiyini söylədilər.
Qeyd edək ki, tədbir yerli mətbuatda geniş işıqlandırılmış və azərbaycanlı tarzən Sahib Paşazadə haqqında Özbəkistan mətbuatında məqalələr verilib.

19.05.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası