Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı özbək və rus dillərində kitab işıq üzü görüb. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı özbək və rus dillərində kitab işıq üzü görüb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın zəngin mədəni irsinin, xalqımızın min illərlə yaşatdığı adət və ənənələrinin təbliği işini uğurla həyata keçirərək, növbəti layihə kimi Azərbaycan ipəyi və ipəyimizin şah əsəri, incisi sayılan Azərbaycan kəlağayılarına həsr edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Kelag‘ayi–Ozarbayjon ipagining durdonasi: Келагаи–жемчужина Азербайджанского шелка” özbək və rus dillərində hazırlanan kitab Daşkənddəki “Mashur-press” nəşriyyatında çapdan çıxıb.
Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin professoru, Baskal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.
Kitabda Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirləri öz əksini tapıb.
Nəşrdə Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan Kəlağayı haqqında məlumatlar, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.
“Kelag‘ayi - Ozarbayjon ipagining durdonasi” adlı nəşrdə qeyd olunur ki, iki min ildən tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, ipəkşünas alim Evliya Çələbinin əsərlərində yer almışdır.
İpəkçiliyin Azərbaycanda xalq təsərrüfatının qədim bir sahəsi sayıldığı qeyd edilən nəşrdə yazılır ki, ölkəmizə ilk dəfə olaraq ipək qurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilmiş və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda bu amil ipəkçiliyin inkişafına səbəb olmuşdur.
Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipəyin ixrac olunduğu, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizinin Azərbaycan tərəfindən istehsal olunduğu nəşrdə xüsusi vurğulanır.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə kitabın özbəkcə işıq üzü görməsi xüsusi ilə əhəmiyyətlidir. Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, qeyd olunan istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyidir. Mədəniyyət Mərkəzindən əldə etdiyimiz məlumata əsasən yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, onun Özbəkistanın aparıcı kitabxanalarına, ali məktəblərinə, tədqiqat mərkəzlərinə, habelə ipəkçilik sahəsi üzrə mütəxəssislərə göndəriləcəkdir. Qeyd edək ki, kitabda 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib.

12.04.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası