“Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsi keçirilib. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

“Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsi keçirilib.

“Dünyanı gözəllik xilas edəcək” devizi altında Daşkənddə "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsi keçirilib. Tədbirdə diplomatlar, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, modelyerlər və dizaynerlər, rəssamlar, yerli azərbaycanlılar və jurnalistlər iştirak edib.
Tanınmış Azərbaycan modelyeri, Əməkdar Mədəniyyət İşçisi Fəxriyyə Xələfova Daşkənddə keçirilən "Miss Union Fashion-2018" üçüncü beynəlxalq müsabiqəsində iştirak edib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən müsabiqəyə Avropa, Asiya və Afrika ölkələrindən dəvət olunan modelyerlər qatılıb.
Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə salonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı kitablar, ölkəmizin tarixi, mədəniyyəti haqqında nəşrlər, Mədəniyyət Mərkəzinin kolleksiyasında olan Qarabağ geyimləri, milli musiqi alətləri, xalçalarımız, suvenirlər nümayiş etdirilib.
Müsabiqənin təşkilatçısı, Daşkənddəki “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova qonaqları və iştirakçıları salamlayıb, bildirib ki, bu tədbir Azərbaycanın və Özbəkistanın birgə layihəsidir. O, festivalın keçirilməsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu bildirib, səfirə minnətdarlıq edib. Bakıda keçirilən “Miss Union Fashion–2016” müsabiqəsində Gürcüstanın təmsilçisi Mayya Amamukelinin, Avstriyada keçirilən “Miss Union Fashion–2017” müsabiqəsində Azərbaycanın nümayəndəsi Səhər Əkbərin qalib olduğunu da diqqətə çatdırıb.
Sonra festivalın münsiflər heyətinin adları açıqlanıb. Onların arasında Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova da olub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiyanın Tatarıstan, Başqırdıstan respublikalarının nümayəndələri, Yunanıstan, İsrail və digər ölkələrdən gələn qızlar milli paltarda səhnəyə çıxıb və onlar ayrı-ayrılıqda oxumaq və oynamaq məharətlərini göstərib, müxtəlif suallara cavab verib, öz ölkələrinin mədəniyyətini, adət-ənənələrini müasir üslubda təqdim ediblər.
Ölkəmizi təmsil edən Lalə Məmmədovanın Azərbayacan musiqisinin sədaları altında gözəl rəqsi çox bəyənilib.
Qeyd edək ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında Fəxriyyə Xələfovanın bu festival üçün xüsusi olaraq hazırladığı 12 milli qadın libasından ibarət kolleksiyası nümayiş etdirilib və alqışlarla qarşılanıb. Xatırladırıq ki, paltarların hazırlanmasında özbək ipəyindən də istifadə olunub.
Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansablının üzvləri Azərbaycan milli rəqslərini ifa ediblər.
Festivalın sonunda təşkilatçılar və münsiflər heyətinin üzvlərii səhnəyə dəvət edilib.
Fəxriyyə Xələfova festivalın yüksək səviyyədə hazırlandığını bildirib, bunun üçün təşkilatçılara təşəkkürünü çatdırıb, modelyerlərin əl işlərinə böyük qiymət verib. Fəxriyyə xanım Hüseyn Quliyevə Azərbaycan və Özbəkistan bayraqları əks edilmiş tablo, Gulnara Muxammadovaya rəsm tablosu təqdim edib. Fəxriyyə Xələfova "Miss Union”un rəmzi olan xüsusi mükafata layiq görülüb, ona hədiyyələr və suvenirlər verilib.
Hüseyn Quliyev festivalı yüksək səviyyədə hazırladıqları üçün təşkilatçılara öz minnətdarlığını bildirib, tədbirin əhəmiyyətindən danışıb.
Sonra qaliblərin adları elan ediliib. Qazaxıstanın nümayəndəsi Janiya Saidjabbar “Qran pri”nin sahibi olub. Soqdiana Ramizova (Özbəkistan) birinci, Fulden Uzqucuqlu (Türkiyə) ikinci və Laura İqanomu (Yunanıstan) üçüncü yerlərə layiq görülüblər. Azərbaycan nümayənndəsi Lalə Məmmədova “Miss şarm” nominasiyasında qalib olub. Digər iştirakçılar da müxtəlif nominasiyalarda mükafatlar alıblar.

21.03.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası