Özbəkistanda Beynəlxalq Ana dili günü ilə bağlı keçirilən tədbirdə Azərbaycan təmsil olunub Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Beynəlxalq Ana dili günü ilə bağlı keçirilən tədbirdə Azərbaycan təmsil olunub.

Banqladeşin Özbəkistandakı Səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulmuşlar.
Qeyd edək ki, Banqladeşin Özbəkistandakı Səfirliyində təşkil olunan tədbirdə iştirakçılar üçün əsas şərt öz ana dillərində bir şeir oxumaq və həmin şeirin ingilis dilində tərcüməsini Təşkilat Komitəsinə təqdim etmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Banqladeşin Özbəkistandakı Səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışaraq, YUNESKO-nun dəstəyi ilə həyata keçirilən Beynəlxalq Ana dili günü və bununla bağlı keçirilən tədbirlər barədə məlumat verib.
YUNESKO-nun Daşkənd ofisinin rəhbəri Dendev Badarç çıxış edərək 1999-cu il 17 noyabr tarixində təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin “Beynəlxalq ana dili günü” kimi qeyd olunması və layihənin əhəmiyyətindən danışdı.
Tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları ana dili haqqında öz fikirlərini bildirdi və onlar öz dillərində şeirlər səsləndirdilər. Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və onun zənginliyi barədə danışaraq, dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib. Çıxış alqışlarla qarşılanıb.
Qeyd edək ki, YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Banqladeşin Özbəkistandakı Səfirliyinin layihəsi ilə çap olunmuş kitabda digər ölkələrinin şairlərinin şeirləri ilə yanaşı, Azərbaycan bölməsində Bəxtiyar Vahabzadənin “Ana dili: “Mother tongue” şeiri Daşkənddə çap olunub.

21.02.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası