XƏBƏRLƏR 2018
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Samir Abbasovla professor Ramiz Əskər arasında görüş keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor, Ramiz Əskəri qəbul edib və tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Samir Abbasov Ramiz Əskəri uzun illər türk xalqlarının ədəbiyyatını fəal tədqiq və təbliğ etdiyi üçün Nəvai şəhərinin fəxri vətəndaşı adına layiq görülməsi münasibətilə təbrik edib. Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, Özbəkistanda Özbək dilində Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində nəşr olunan kitablar barədə danışaraq, iki xalq arasında dostluq əlaqələrinin dərinləşdirilməsində ədəbiyyatın, ədəbiyyatşünasların, tərcüməçilərin rolunu xüsusi qeyd etdi.
Ramiz Əskər Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq arasında mədəniyyət, ədəbiyyat sahəsində çoxsaylı layihələrin həyata keçirilməsinə görə öz minnətdarlığını bildirdi və qeyd etdi ki, görülən bu işlər öz nəticəsini göstərməkdədir.
Daha sonra tərəflər birgə əməkdaşlıq əlaqələri və gələcək planlara dair fikir mübadiləsi apardılar.
Samir Abbasov 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Respublikası ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin bir sıra layihələr həyata keçirdiyini vurğuladı. Söhbət zamanı birgə layihə ilə “ADR dövrü və müstəqil Azərbaycan ədəbiyyatı” adlı nəşrin Özbək dilinə tərcüməsi və Özbəkistanda nəşri barədə razılıq əldə olundu.
Daha sonra cari il iyun ayında Bakıda təşkil olunacaq Azərbaycan Xalk Cümhuriyətinin 100, Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş elmi simpoziumda Özbəkistanın aparıcı Universitetlərinin rəhbərlərinin iştirakı məsələləri müzakirə olundu və sözügedən tədbirdə Özbək tərəfinin iştirakına dair bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi məsələləri, habelə il ərzində Ramiz Əskərin Özbəkistanla bağlı tərcümələrinin Daşkənddə təqdimatının keçirilməsi razılaşdırıldı.
11.02.2018