Daşkənddə “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda Azərbaycan təmsil olunub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda Azərbaycan təmsil olunub.

Daşkənddəki Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, bu ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edib.
Konfransı universitetin rektoru, profesor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yeri və mövqeyindən danışıb.
Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında Əlişiir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə ediblər.
Özbəkistanın ali və orta təhsil üzrə naziri Inomjon Macidov, ÖzbəkistanYazıçılar Birliyinin sərdi Muhammad Ali, YUNESKO-nun Özbəkistandakı missiyasının rəhbəri Dendev Badark, Qazaxıstanın Özbəkistandakı səfiri Yerik Utembaev çıxış edərək Özbək ədəbiyyatının böyük siması, söz mülkünün sultanı, dövlət xadimi dahi Nəvainin xidmətlərindən danışaraq, onun yaşadığı Herat şəhərini dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdiyini qeyd etdilər və vurğuladılar ki, Nəvai yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, sənətkarlığın və iqtisadiyyatının inkişafında böyük xidmətləri olmuşdur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dahi şairin əsas böyük xidmətinin "Türkçülük" və "Türk dilçiliyi" sahəsində olduğunu, Şərq ədəbiyyatında türkdilli ədəbiyyatın əsasçısı olan Nəvainin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı adlandırdığı qeyd etdi. Nizami – Nəvai arasında bu ədəbi əlaqələrin xalqlarımız arasında dostluq körpüsünə çevrildiyini deyən Samir Abbasov 2011-ci ildə Bakıda Əlişir Nəvainin heykəlinin açılışı olduğunu, habelə Nəvai yaradıcılığına dair Azərbaycanda çoxsaylı tədqiqat işlərinin aparıldığını qeyd etdi.
Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru, türkoloq, alim Ramiz Əskərin Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. O bildirib ki, Əlişir Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Ramiz Əskər Azərbaycan dilinə tərcümə etdiyi türk dünyasının ilk ensiklopedik əsəri olan Mahmud Kaşğarlının məşhur "Divani lüğat-it türk" əsərini Nəvai dına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru Şuxrat Sirojiddinova hədiyyə edib.
Tədbirdə çıxışçılar qeyd edib ki, Əlişir Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.
Sonra tədbirin bədii hissəsi təqdim olunub. Özbəkistanın xalq artisti, muğam ustası Münacat Yolçuyevanın Əlişir Nəvaiyə dair musiqisi, Daşkənd Dövlət Dram Teatrının hazırladığı səhnəciklər təqdim olunub.

08.02.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası