Özbəkistanda 20 yanvar şəhidləri anıldı. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
  • bg1
1 1 1 1 1 1 1 1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda 20 yanvar şəhidləri anıldı.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.
Tədbir çərçivəsində Mərkəzinin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 yanvar faciəsinə dair çəkdikəri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. İştirakçılara 20 yanvar faciəsi, şəhidlər, Azərbaycanın müstəqilliyinə aparan yol və bu hadisələr haqqında məlumat verilib.
Tədbirdə öncə faciə qurbanlarının əziz xatirəsi anılıb, şamlardan “Şəhidlər unudulmadı” adlı yazı kompozisiyası hazırlanıb.
Çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev 20 yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu qanlı hadisələrə öz qiymətini verməsi, Azərbaycanın müstəqilliyinə qovuşması, bu hadisələrə dövlətimiz tərəfindən siyasi qiymət verilməsi və s. barədə danışaraq, müstəqil Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən yaxşı töhvə olduğunu söyləyib.
Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova çıxış edərək Azərbaycan xalqının bu hüzn günündə bütün soydaşlarımıza başsağlığı verərək, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirdi. Gülbahar Aşurova Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycan şeirini söylədi.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 yanvar şəhidlərinə dair şeirlər oxuyublar.
Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin xalq sənəti bölməsinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl Özbək məqamlarını, ağılarını, Özbəkistan Dövlət Konservatoriyasının vokalisti Şaxistə Pirnazarova qəmli xalq türkülərini ifa ediblər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi nümayiş etdirilib.
Tanınmış Özbək tarixçisi Şuxrat Salamovun Türküstan və Qafqazlarda erməni daşnaklarının həyata keçirdiyi qətliamlara həsr olunmuş və Daşkənddə yeni çapdan çıxmış “Müharibələr ideyası” kitabının imzaatma mərasimi olub, kitablar paylanılıb.

18.01.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası