Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatının xüsusi medalı ilə təltif olunub. Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
1
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatının xüsusi medalı ilə təltif olunub.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov TÜRKSOY təşkilatının xüsusi medalı ilə təltif olunub.

Bildiyimiz kimi, Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY- Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunması barədə Sərəncam imzalayıb.

Bununla əlaqədar TÜRKSOY təşkilatı tərəfindən çoxsaylı tədbirlər, bir sıra layihələr həyata keçirilib.

Həyata keçirilən unikal layihə kimi Molla Pənah Vaqifin seçilmiş əsərləri dünya dillərində kitabı toplu halında çap edilib.

Topluda şeirlər 12 dildə, o cümlədən Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən, başqırd, tatar, habelə ingilis, italyan, rus və Ukrayna dillərində verilib.

Kitabda Özbək dilində bölmənin hazırlanması, layihənin həyata keçirilməsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi dəstəyini nəzərə alan TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov Mədəniyyət Mərkəzinin direktoru S.Abbasovu medalla təltif edib.

Qeyd edək ki, 2016-cı ildə TÜRKSOY təşkilatının layihəsi ilə “Bəxtiyar Vahabzadə türk dillərində” kitabının Özbək dili versiyasının hazırlanmasına görə S.Abbasova təşəkkür elan edilib.

15.01.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası