Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycanın turizm imkanlarının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ölkəmizin turizm ehtiyatları, yeni turizm marşurutları, turpaketlərin təqdimatı olub.
Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın turizm imkanlarına dair foto sərgi, habelə Mərkəzin “Bacarıqlı əllər” uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlərlə tanışlıq olub.
Azərbycanın “My Travel” turizm şirkəti ölkəmizin Naftalan müalicəvi sanatariyaları, habelə Quba rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.
Tədbirdə öncə təqdimatın məqsədi, Azərbaycan və Özbəkistan turizm şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində çıxışlar olub.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycanın turizm imkanları, ölkəmizdə bu istiqamətdə son illər əldə olunan nailiyyətlər barədə məruzə edib. Diplomat Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosesinin sadələşdirildiyini, “Asan viza” sisteminin tətbiq edildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Samir Abbasov Özbəkistan-Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.
Sonra Azərbycanın “My Travel” turizm şirkətinin rəhbəri Elnarə Cabbarova ölkəmizin dünya şöhrətli Naftalan şəhərində yaradılmış müalicəvi turizm imkanlarına dair hazırladığı təqdimatı nümayiş etdirib. Naftalandakı bir sıra otellərdə yaradılmış şərait, tibbi turizm istiqamətində həyata keçirilən işlər, özbək turistlərin Azərbaycanın müalicəvi – turizm mərkəzlərindən istifadə etmə imkanları barədə məlumatlar verilib.
Təqdimat mərasimində ilk dəfə olaraq Özbəkistan turistləri üçün maraq yaradacaq Azərbaycanın Quba rayonunun turizm imkanları nümayiş etdirilib və yeni marşurut iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Özbəkistanın turizm şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Qeyd edək ki, təqdimat mərasimi Azərbycanın “My Travel” turizm şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

20.11.2018

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası