Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş xeyriyyə festivalı keçirilib, “Heydər Əliyev və Özbəkistan” adlı foto sərgi açılıb.

Özbəkistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları anım günü münasibəti ilə ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı büstü önünə gül və çiçəklər qoymuşlar. Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun xalqımız qarşısındakı xidmətlərinə həsr edilmiş kitab sərgisi, “Heydər Əliyev və Özbəkistan” foto sərgi təqdim olunmuş və Mədəniyyət Mərkəzindəki Heydər Əliyev muzeyi ilə tanışlıq olmuşdur. Qeyd edək ki, sərgi ilə Daşkənddəki bir sıra ali məktəblərin tələbələri və orta məktəblərin şagirdləri də tanış olublar.
Cari il 12 dekabr tarixində Özbəkistanın “Türküstan” Respublika sarayında Daşkənddəki uşaq evləri arasında keçirilən xeyriyyə Festivalının əsas sponsoru Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub. Mərkəz Festivalda iştirakını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edib. Daşkənd şəhərində fiziki qüsurlu və yetim uşaqlar üçün təşkil olunan xeyriyyə festivalında 15 uşaq evinə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələr verilib və Mərkəz tərəfindən hazırlanan konsert proqramı təqdim edilib.
Daşkənd Vilayət Həmkarlar İttifaqının sədri Murodcan Nasırov giriş çıxışı edərək “Mexricon” uşaq evləri Asossiyasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə artıq ənənəyə çevrilən festivalını yüksək qiymətləndirib və gələcək nəsillər olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqətlə yanaşmağın vacib olduğunu vurğulayıb. O, Özbəkistan dövləti tərəfindən uşaq siyasəti, gələcək nəsillərin xoşbəxt həyatı üçün çoxsaylı işlərin və layihələrin həyata keçirildiyini söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov uşaqları salamlayaraq, ulu öndər Heydər Əliyev, onun xalqımız üçün xidmətlərindən danışıb, dahi rəhbərin uşaqlara daim qayğı ilə yanaşdığını vurğulayıb. Diplomat Ulu öndərdən sitat gətirərək qeyd edib ki, “uşaqlar bizim gələcəyimizdir. Biz onları necə tərbiyyə edəcəyik, necə öyrədəcəyik, bu cür gələcək bizi gözləyir”. Samir Abbasov ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun hər il uşaqlar üçün böyük layihələr həyata keçirdiyini qeyd edib.
Daha sonra tədbirin təşkilatçıları Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uşaq evləri üçün hazırladıqları hədiyyələri iştirakçı məktəblərə təqdim ediblər.
Tədbirdə istedadlı uşaqların hazırladığı şeirlər, kompozisiyalar nümayiş etdirilib. Fiziki qüsurlu uşaqlar tərəfindən hazırlanan proqram iştirakçıların marağı ilə qarşılanıb.
Festival çərçivəsində Daşkənddəki “Turon” restoranında uşaq və yeniyetmələr yemək və şirniyyatlara qonaq ediliblər.

06.12.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası