XƏBƏRLƏR 2018
Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Şənlikdə 100-ə yaxın azərbaycanlı uşaq iştirak edib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı, xoşbəxt həyat sürməyi arzulayıb.
Sonra bayram tamaşası göstərilib, Şaxta baba və Qar qız təxminən iki saat ərzində uşaqları əyləndirib. Şənlikdə uşaqlar Yeni illə bağlı şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər. Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda Şaxta baba və Qar qız tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
31.12.2018