Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg1
  • bg2
  • bg1
  • bg1
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Dunyo Boylab” telekanalında “Alovlar yurdu – Azərbaycan” adlı veriliş yayımlanıb.

Özbəkistanın aparıcı “Dunyo Boylab” telekanalında “Turizmə dair hər şey” proqramında ölkəmizə dair “Alovlar yurdu – Azərbaycan” adlı xüsusi veriliş yayımlanıb. Özbəkistanın tanınmış jurnalisti Elmira Tuxvatullinanın hazırladığı ikinci veriliş Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunub.

Verilişdə müasir Bakının gözəlliyi, tarixi, müasirləşməsinə və inkişafa baxmayaraq öz keçmişini qoruyub saxlaması, şəhərin füsunkar gözəlliyi, qədim İçəri şəhər, şəhərin mərkəzində yerləşən və göz oxşayan tarixi binalar haqqında məlumatlar verir və bildirir ki, şəhəri gəzərkən, insan özünü nağıllar dünyasında hiss edir.

Bütün veriliş boyu Azərbaycan xalq musiqiləri səsləndiyi proqramda Azərbaycanın vizit kartı olan İçəri şəhər – tarixi-mədəniyyət qoruğu haqqında məlumat verilir, onun 2000-ci ildə YUNESKO-un ümumdünya irsi siyahısına daxil edildiyi qeyd olunur.

Azərbaycan və SSRİ-nin xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudov yaradıcılığı, onun ifasında Bakı haqqında mahnı səsləndirilən verilişdə Bakının mədəni simasının olduqca zəngin olduğu, şəhərin mərkəzində bir küçədə və bir-birinə yaxın məsafədə yerləşən mədəniyyət abidələri, müəsissələri haqqında məlumat verilir.

“Turizm haqqında hər şey” adlanan verilişdə Bakının Dənizkənarı bulvarı, Venesiya şəhərciyi, gözəl parkları, küçələri, Fəvvarələr meydanı, məşhur Nizami küçəsi, qədimlik və müasirliyin sintezi, Alov qüllələri və şəhərə gələn çoxsaylı xarici turistlər barədə məlumat verilir.

Müəllif qeyd edir ki, paytaxtın mərkəzində Şərq üslubunda tikilən Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi şəhərə və onun memarlığına xüsusi rəng qatır. Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinin antik üslubunda heykəlləri ucaldığı Muzey öz əzəməti ilə şəhərə gələn çoxsaylı turistləri cəlb edir.

Verilişdə Bakı gecələri Neapol gecələrinə bənzədilir, Şərqin mirvarisi, amfiteatr formasında olan və Xəzərə qucaq açan Bakının öz gözəlliyi fəxr edə biləcəyi qeyd olunur.

Bakının son zamanlar çox inkişaf etdiyini qeyd edən müəllif şəhərə çoxsaylı turistlərin gəldiyini və Bakının səmimi, mehriban sakinlərinin qardaş Azərbaycanı tərənnüm etdiklərini söyləyib.

Qeyd edək ki, veriliş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Respublikasının Mədəniyyət Nazirliyi, Özbəkistandakı Azərbaycan Səfirliyinin dəstəyi ilə ölkəmizə cari ilin iyun ayında təşkil olunmuş Mediatur zamanı hazırlanmış və bununla əlaqədar Özbəkistanda ölkəmizə dair silsilə verilişlər, məqalələrin yayınmlanması davam edir.

28.09.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası