Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2018

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət görsədən kurs və dərnəklərin təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində artıq 5 ilə yaxındır ki, mədəniyyətin müxtəlif sahələrinə dair fəaliyyət görsədən kurs və dərnəklər təqdimatı keçirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Xalq Cumhuriyyətinin, ölkəmizin əldə etdiyi nailiyyətlər və “Azərbaycan Mədəniyyət Mərkəzinin beş ili” adlı foto, kitab və əl işlərinin sərgiləri iştirakçılara nümayiş etdirilib. Sərgidə Mədəniyyət Mərkəzinin rəsm, əl işləri dərnəyinin şagirdlərinin çəkdikləri rəsmlər və milli mədəniyyətimizə dair hazırladıqları suvenirlər təqdim olunub. Mədəniyyət müxtəlif sahələrinə dair master-klaslar nümayiş etdirilib.

Məktəblilər Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev muzeyi və yeni açılmış Azərbaycan tarixi, dövlətçiliyi muzeyi ilə tanış olub, Ulu Öndərin həyat və yaradıcılığı, habelə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə onlara məlumat verilib.

Tədbirdə Özbəkistanın uşaq və gənclər təşkilatlarının nümayəndələri, təhsil sahəsində çalışan mütəxəssislər, Daşkənddəki orta məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi müəssisənin milli mədəniyyətimizin təbliği ilə bağlı həyata keçirdiyi layihələrdən danışaraq, Mərkəzin əsas məqsədinin iki dövlət arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, habelə milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin qardaş Özbəkistanda təbliği olduğunu qeyd edib. O, Mərkəzdə yaradılmış kurs və dərnəklər haqqında danışaraq, ötən müddət ərzində bu istiqamətdə uğurlu nəticələrin əldə edildiyini söyləyib. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uşaq, yeniyetmələr, gənclər üçün hər bir şəraitin təşkil olunduğunu, Azərbaycanda dünya standartlarına cavab verən çoxsaylı təhsil, mədəniyyət müəssisələrinin yaradıldığını qeyd edərək, gələcəyin intellektlərinin yetişdirilməsi üçün dövlətimizin, habelə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışıb.

Daha sonra Samir Abbasov Mədəniyyət Mərkəzinin dərnək və kurslarının fəal müəllim və tələbələrinə mükafatlar təqdim edib.

Tədbirdə çıxış edən Daşkənd şəhəri təhsil, təlim üzrə departamentinin nümayəndəsi Firuza Xakimova, 102 saylı məktəbin direktoru Manzura Saidazimova ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin nümunəvi bir müəssisəyə çevrildiyini, Mərkəzdə təşkil olunan Azərbaycan dili, kompyuter kursları, rəsm, rəqs, əli işləri və naxıştikmə dərnəklərinin nəinki Özbəkistandakı azərbaycanlılar, yerli özbəklər üçün də böyük imkanlar açdığını söylədilər, Özbəkistanda keçirilən əksər beynəlxalq tədbirlərdə Mərkəzin yetirmələrinin yüksək nəticələr əldə etdiklərini qeyd etdilər.

Tədbirdə Mədəniyyət Mərkəzinin kurs və dərnəklərinin hazırladıqları proqram təqdim olunub. Təqdimat mərasimində Mərkəzin Azərbaycan dili kursunun yetirmələri Ana dilimizdə şeirlər və dialoqlar səsləndiriblər, kompyuter kurslarının şagirdləri tariximizə və milli mədəniyyətimizə aid slayd şoular nümayiş etdiriblər. Mərkəzdəki rəsm və əl işləri dərnəyinin istedadlı uşaqlarının çəkdikləri rəsmlər və bacarıqlı əllərin hazırladıqları maraqlı suvenir, eksponat, geyimlər iştirakçıların böyük marağna səbəb olub.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı yenicə hazırladıqları milli rəqslərimizi ifa ediblər. Çıxış iştirakçıların maraq və alqışlarına səbəb olub. Qeyd edək ki, hazırda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yüzlərlə uşaq və yeniyetmə kurs və dərnəklərin fəaliyyətindən yararlanır və hər il onlarla müdavim Mərkəzin kurs və dərnəklərini başa vuraraq xüsusi sertifikatlarla təltif olunurlar. Onlar cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

Sonda Mədəniyyət Mərkəzinin ziyafət zalında Daşkənd şəhərində fəaliyyət göstərən internat məktəblərinin fiziki qüsurlu azərbaycanlı və özbək uşaqları Azərbaycan milli mətbəxinə aid yemək və şirniyyatlara qonaq ediliblər.

11.10.2018

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası