XƏBƏRLƏR 2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı kitab və jurnalalr hədiyyə edilib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi paytaxtdakı “Turan” İnformasiya-Kitabxana Mərkəzinın 100 illiyi ilə bağlı təbrik edib və “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində mərkəzə kitab kolleksiyası hədiyyə edib.
Qeyd edək ki, kitablar arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər var.
Kitabxanaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnal və bukletlər də hədiyyə edilib.
Azərbaycan Mədəniyyət Mərkəzi müntəzəm olaraq Özbəkistanın kitabxanalarına Azərbaycanla bağlı nəşrlər hədiyyə edir və bu istiqamətdə fəaliyyət davam edir.
18.10.2018