Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana “Mediatur”u uğurla başa çatıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın aparıcı media nümayəndələri, televiziya kanallarının jurnalistlərinin iştirakı ilə cari il 23-30 mart tarixlərində Azərbaycana Mediatur təşkil olunub.

Nümayəndə heyətinə qardaş ölkənin tanınmış media qurumları, telekanallar, aparıcı saytların rəhbərləri və təmsilçiləri daxil edilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müşaiyət etdiyi nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etmiş, qonaqlara ölkəmizin əldə etdiyi nailiyyətlər, icra olunan nəhəng layihələr, milli mədəniyyətimiz, turizm sahəsində həyata keçirilən işlər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib.

Özbək jurnalistlər Bakı və respublikanın regionlarında ictimai yerlərdə, maraqlı məkanlarda, mədəniyyət, turizm obyektlərində olaraq, ölkəmizin təbliği məqsədi ilə çoxsaylı verilişlər, məqalələr hazırlayıblar.

Səfər proqramına əsasən qonaqlar cari ilin 24 mart tarixində Qusar rayonuna səfər edib, Şahdağ qış-yay turizm kompleksində çəkilişlər aparb, 25 mart tarixində isə Qubada olaraq azərbaycanlıların soyqırım Muzey Kompleksi ilə tanış olaraq burada çəkilişlər aparıblar.

Bundan başqa, Mediatur iştirakçıları 25 mart tarixində Şamaxı rayonuna səfər edərək, Şamaxı Cümə məscidi, Şamaxı rayonunun tarixi məkanı olan Dəmirçi kəndində olmuş, çəkilişlər aparmışlar.

Mediatur zamanı Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Özbək alimlərinin iştirak etdiyi “Nəsimi və Özbək ədəbiyyatı” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

Azərbaycanın tarixi və qədimi “Kaspi” qəzeti ilə Özbəkistanın ən çox oxunan “Qalampir” xəbər saytı arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Nümayəndə heyəti “Kaspi” qəzetinin redaksiyasında olaraq gündəlik iş prosesi ilə tanış olublar.

Qonaqlara “Kaspi” qəzeti adından ziyafət verilmişdir.

Qeyd edək ki, Özbəkistanın aparıcı media qurumlarının təmsilçilərinin iştirak etdiyi “Mediatur” faydalı və uğurlu olmuş, Azərbaycanın paytaxtı Bakı, regionları haqqında Özbək mətbuatında çoxsaylı verilişlər və məqalələr yayımlanır.

01.04.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası