Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

“Nəsimi ili” ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan etdi.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verilib.
Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlər toplanılacaq.
Əsərlər cari ilin 5 aprel tarixindən – 30 iyun tarixinidək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur.

Müsabiqəyə təqdim olunan materiallar:

1. Şeir və poema.

2. Müəllifin pasportunun surəti (elektron formada).

3. Müəllif haqqında qısa məlumat.

Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.
Yekunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, ədəbiyyat sahəsində tanınmış “Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

04.04.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası