Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Kitob dunyasi” qəzetində Azərbaycan-Özbəkistan dostluğuna dair məqalə çap edilib.

Özbəkistanın “Kitob dunyasi” qəzetində alim və tərcüməçi Babaxan Şərifin Azərbaycan-Özbəkistan dostluğuna dair məqalə çap edilib.

Materialda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, bu qurumun rəhbəri Samir Abbasovun iki xalqın daha da yaxınlaşması istiqamətində həya keçirdiyi layihələr haqqında ətraflı məlumat verilir.

Bildirilir ki, məhz Samir Abbasovun təşəbbüsü nəticəsində Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si Alimcon Buriyevin tərcüməsində bir kitabda işıq üzü görüb. Özbəkistanın Xalq şairi Camal Kamalın təərcüməsində isə böyük Nizaminin “Xəmsə”yə daxil olan poemalarının üçü artıq çap edilib və iki əsər isə tərcümə olunaraq çapını gözləyir.

Yazıda Mədəniyyət Mərkəzinin Daşkənddə keçirdiyi müxtəlif tədbirlər haqqında da danışılır, Samir Abbasovun özbək alimləri və yazıçıları ilə yaxından dostluq etməsi nəticəsində çap edilən digər kitablar haqqında söhbət açılır.

Yazıda Azərbaycan Mədəniyyət Mərkəzinin “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetinin rektoru Şavkat Şaripov və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovla iş birliyi nəticəsində görülən işlər, keçirilən tədbirlərdən də danışılır.

Qəzetdə özbək şairi Xasiyyət Rüstəmin Azərbaycan şairi Rəsmiyyə Sabir haqqında məqaləsi və şerləri də yer alıb.

04.04.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası