Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Dunyo Boylab” telekanalında “Qafqaz mirvarisi – Azərbaycan” adlı geniş veriliş yayımlanıb.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin müxbirlərinin ötən ilin iyul ayında Azərbaycana təşkil etdiyi Mediaturun nəticəsi olaraq Özbəkistan telekanallarında ölkəmizə dair verilişlər yayımlanır.

Azərbaycan Mədəniyyət Mərkəzi ilə bu ölkənin “Dunyo Boylab” telekanalı arasında əldə olunan razılığa əsasın iki ölkə arasında dostluq əlaqələrinin təbliği, habelə yeni turizm mövsümünün başlanması ilə əlaqədar sözügedən kanalda ölkəmizə dair yeni silsilə verilişlər yayımlanması davam etdiriləcəkdir.

Cari il 14 aprel tarixində “Dunyo Boylab” telekanalında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarına dair yeni təkmilləşdirilmiş “Kamalakdek Cerjilo” layihəsi çərçivəsində “Qafqaz mirvarisi – Azərbaycan” adlı veriliş yayımlanıb.

Tanınmış jurnalist Gulsara Soathonovanın təqdim etdiyi verilişdə Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi, şəhərdəki istirahət, turizm, kurort mərkəzləri, habelə Naftalan neftinin müəlicəvi əhəmiyyətindən söhbət açılır.

Verilişdə Azərbaycanın qədim və ikinci böyük şəhəri, Nizami Gəncəvinin vətəni olan Gəncə şəhəri haqqında, şəhərin tarixi, onun görməli yerləri, turizm imkanları barədə geniş məlumat verilir, XVIII əsrdə yenidən bərpa olunan Xan bağı, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl gölü haqqında maraqlı kadrlar nümayiş etdirilir.

Verilişdə jurnalist qədim tarixə malik Şəki şəhərinə səfərə də xüsusi yer ayırıb, bu şəhərdə XVII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan Sarayı, Şəki ipəyi haqqında məlumat verərək, Əliəhməd nəslindən olan şirniyyat ustaları tərəfindən bişirilən Şəki halvası, onun hazırlanması prosesini nümayiş etdirib. Aparıcı Gulsara Soathonova Şəkinin mədəniyyət abidələri, turizm imkanları, bu şəhərdə geniş itifadə edilən qədim şəbəkələr haqqında söhbət açıb, şəhərinin yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın I əsrinə aid olan İbadətxana haqqında geniş məlumat verib.

Veriliş ictimaiyyət arasında da böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2016-cı ildən Azərbaycana hər il Özbək jurnalistlərinin “Mediatur”u təşkil edilir və artıq 3 dəfə təşkil olunan bu layihə nəticəsində Özbəkistan televiziya kanallarında çoxsaylı verilişlər, sayt və qəzetlərdə silsilə məqalələr yayımlanmaqdadır.

17.04.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası