Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri uğurlu olmuş, Azərbaycanın İsmayıllı rayonunda Azərbaycan - Özbəkistan Dostluq Parkı açılıb.

Bildiyimiz kimi Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan rayonu arasında qardaşlaşma haqqında saziş imzalanıb.

Cari ilin 21-25 aprel tarixlərində isə Özbəkistanın Riştan rayon hakimiyyətinin, habelə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərinin Azərbaycanın İsmayıllı rayonuna səfəri baş tutub.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə səfərin əsas məqsədi tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılması məsələləridir.

Səfər çərçivəsində Nümayəndə heyəti ilə İsmayıllı rayon İcra Hakimiyyətində görüş keçirilmiş, Özbəkistan mümayəndə heyəti rayon icra hakimiyyətinin binasında yüksək qonaqpərvərliklə qəbul edilmiş, məktəbli şagirdlərin müşaiyəti ilə hər iki ölkənin bayraqları, xalqlarımızın qardaşlığı haqqında plakatlar, gül-çiçəklə qarşılanmışlar.

Qonaqları rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov qəbul etmiş, görüşdə Azərbaycan-Özbəkistan xalqları arasında tarixi dostluq əlaqələri, dövlətlər arasında yüksək səviyyəli münasibətlər haqqında danışılmış, tarixdə ilk dəfə olaraq Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Riştan rayonu arasında qardaşlaşma haqqında sazişin imzalandığı qeyd olunub. Görüş zamanı sözügedən rayonlar arasında gələcək əməkdaşlıq müzakirə edilib. Daha sonra tərəflər gələcək əməkdaşlığa dair niyyət protokolu imzalayıblar. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqova Özbək milli geyimi çapan hədiyyə olunub. Özbəkistan nümayəndə heyətinə İsmayıllı xalçası hədiyyə edilib.

Qeyd edək ki, səfər zamanı Özbəkistan nümayəndə heyətinin iştirakı ilə İsmayıllı şəhərinin Mərkəzində tarixi qala divarlarının yaxınlığında Azərbaycan - Özbəkistan Dostluq Parkının açılışı olub. Özbəkistan nümayəndə heyətinin üzvləri Dostluq parkına rəmzi olaraq ağaclar əkiblər.

Səfər zamanı nümayəndə heyəti İsmayıllının tarixi, mədəniyyəti, turizm imkanları tanış olmuş, misgərlik-əl işləri ilə məşhur olan Lahıc kəndini, Azərbaycanda ipəkçiliyin mərkəzi sayılan Basqal kəndini, habelə molokanların yaşadığı və Azərbaycan dövlətinin tolerantlığını nümayiş etdirən İvanovka qəsəbəsini ziyarət etmişlər. Qonaqlar İsmayıllı Xalça fabriki, rayondakı velosiped istehsalı zavodu, İsmayıllı şərab müəssisəsi, Hacıhətəmli və Talıstan turizm kompleksləri ilə də tanış olmuşlar.

Qeyd edək ki, Özbəkistan mümayəndə heyətinin tərkibində Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə komitənin İdarə rəisi Feruz Bekov, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin kafedra müdiri, professor Erkin Nuriddinov, Riştan rayon hakimi (mer) Tavakalcon Raximov, Fərqanə Vilayət hakiminin mətbuat xidmətinin və Mətbuat Mərkəzinin rəhbəri Abdusalam Siddikov, Riştan rayon hakiminin investisiya, inovasiya və turizmin inkişafı üzrə müavini İslam Madaminov və başqa şəxslər iştirak ediblər.

Səfər zamanı ikitərəfli tarixi dostluq əlaqələri, Azərbaycan və Özbəkistanın əldə etdiyi nailiyyətlər, ölkələrin son zamanlar həyata keçirilən islahatlara dair dəyirmi stol və təqdimat mərasimi keçirilib. Qeyd edilən mövzuda məruzələr olub.

Azərbaycanın Beynəlxalq Muğam Festivalı çərçivəsində regionlarda keçirilən seçmə muğam müsabiqəsinin bir günü İsmayıllıda keçirilmiş, fəxri qonaqlar kimi Özbəkistan mümayəndə heyəti də tədbirdə iştirak etmişdir.

Azərbaycan Dövlət televiziyası ilə canlı yayımlanan verilişdə tanınmış özbək makom ustası, xanəndələr Davron Kadırovun, Beqali Abduvaliyevin çıxışları maraqla və alqışlarla qarşılanıb.

İsmayıllı şəhər Mədəniyyət sarayında Riştan şəhərindən gətirilən əl işləri-kermamika məhsullarının sərgisinin də açılışı olub.

26.04.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası