Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan nümayəndə heyətinin Azərbaycanın İsmayıllı rayonuna səfəri çərçivəsində Riştan keramika və çini qabların sərgisi keçirilib.

Bildiyimiz kimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaşlaşma haqqında müqaviləyə imza atan Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan rayonu təmsilçiləri arasında görüş olub.

Cari ilin 21-25 aprel tarixlərində isə Özbəkistanın Riştan rayon hakimiyyətinin, habelə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərlərinin Azərbaycanın İsmayıllı rayonuna səfəri baş tutub.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə səfərin əsas məqsədi tanışlıq, ikitərəfli əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, birgə layihələrin reallaşdırılması məsələləridir.

Səfər çərçivəsində İsmayıllı şəhər Heydər Əliyev Mərkəzdə Riştan şəhərindən gətirilən əl işləri-kermamika məhsullarının sərgisinin açılışı olub. Tədbirdə İsmayıllı rayon rəhbərliyi, dövlət nümayəndələri, rayonun ziyalıları, mədəniyyət, təhsil işçiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər Riştanın qədim tarixi, şəhərdə sənətkarlığın inkişafı, Riştan ustalarının hazırladıqları əl işləri, keramika və çini qablar haqqında danışılmış və onlar haqqında məruzələr olub. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov da iştirak və çıxış edib.

Çıxış edənlər Özbək xalqının qədimliyini, istedadını və zəngin mədəniyyətini nümayiş etdirən keramika sənəti, Riştanda çoxsayla emalatxanalarda hazırlanan müxtəlif klassik və avanqard stildə suvenirərin, onların naxışlarının mənalarını açaraq, Özbəkistandan gətirilən əl işlərini yüksək qiymətləndirdilər.

Sərgi çərçivəsində özbək makom ustası, xanəndələr Davron Kadırov, Beqali Abduvaliyev milli musiqilər ifa ediblər.

29.04.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası