Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın paytaxtı Daşkənddə və Səmərqənd şəhərində “Azərbaycan bayrağı” ordenli İbad Hüseynli ilə görüş keçirilib.

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində reallaşan görüşdə mərkəzin rəhbəri Samir Abbasov qəhrəmanımızın keçdiyi döyüş yolundan, belə xalq qəhrəmanlarının yeniyetmə və gənclər tərəfindən tanınmasının önəmindən danışıb.

Bildirilib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə İbad Hüseynli Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmanlıq göstərdiyinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Samir Abbasov ölkə rəhbərliyinin siyasəti, Azərbaycan xalqının mübarizliyi nəticəsində Vətən torpaqlarının işğaldan azad olunacağını qeyd edib, ölkəmizdə qəhrəmanlara, şəhid ailələrinə daim diqqət və hörmətlə yanaşıldığını vurğulayıb.

Ona göstərilən diqqət və hörmətə görə təşəkkürünü bildirən İbad Hüseynli keçdiyi şərəfli yol haqqında danışıb, Vətən torpaqlarının azadlığı və bütövlüyü üçün hər bir vətəndaşın mübarizə aparmasının vacib olduğunu deyib. O, xalqımızın apardığı mübarizənin haqq işi olduğunu və gələcək nəsillərdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinin vacibliyini bildirib.

Sonra Azərbaycan Mədəniyyət Mərkəzində İbad Hüseynlinin Mədəniyyət Mərkəzinə hədiyyə etdiyi kitablara baxış keçirilib. İştirakçılar “Xüsusi Təyinatlı”, “O bir qəhrəman”, “Yaşayan Şəhid”, “Qurd balası”, “Qorxunu öldürən qəhrəman” və başqa nəşrlərlə yaxından tanış olublar.

03.05.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası