Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert keçiriləcəkdir.

Cari il 21 may tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçiriləcəkdir.

Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan Respublikasının xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev klassik Azərbaycan musiqilərini ifa edəcəklər. Tanınmış musiqiçilər, əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Abuzər Manafzadə fortepianoda milli musiqilərimizi ifa edəcəklər. Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Rauf Hacıyevin “Azərbaycan”, Muslim Magomaev. “Ey əziz anam, Azərbaycan!, Asəf Zeynallının «Ölkəm”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz”, Abuzər Manafzadənin “Xocalıya” və başqa əsərlər yer alıb.

Tədbirdə dövlət və hökümət nümayəndələri, Özbəkistanda akreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edəcəklər.

Qeyd edək ki, tədbir Özbəkistan televiziyaları tərəfindən işıqlandırılacaq, konsertdə ifa olunacaq Azərbaycan klassik əsərlərinin bütün nömrələri təbliğat məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Youtube.com” kanalında yerləşdiriləcəkdir.

13.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası