Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
1 2 3 4 5 6 7 8 9
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı xeyriyyə tədbiri keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı mərasim keçirib.

Tədbirdə Azərbaycan Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri, Daşkənddəki uşaq evlərinin şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidənin önünə əklillər və çiçək dəstələri qoyulub. Sonra iştirakçılar ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitab sərgilərlə tanış olub, ulu öndərin Mədəniyyət Mərkəzindəki muzeyinə ekskursiya təşkil edilib.

Tədbiri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açaraq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, qeyd edib ki, Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün dünyada hörmətlə yad olunur. Diplomat vurğulayıb ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq. Tədbir çərçivəsində xeyriyyə tədbirinin hazırlanmasında xüsusi fəaliyyətləri ilə seçilən bir sıra xadimlərə fəxri qramotalar və diplomlar verilmişdir.

Çıxış edənlər Azərbaycan-Özbəkistan arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətlərinin olduğunu bildiriblər. Onlar ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə ediblər. Çıxışçılar ulu öndər Heydər Əliyevin uşaqları çox sevdiyini, gələcəyimiz olan uşaqlara daim qayğı ilə yanaşdığını qeyd ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin dərnəklərinin şagirdləri, habelə Daşkənddəki İnternat məktəblərinin istedadlı uşaqları maraqlı musiqi nömrələri, rəqslər ifa etmiş, çıxışlar xüsusi maraqla qarşılanmışdır.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlə başa çatıb.

Xeyriyyə tədbiri çərçivəsində Daşkənddəki uşaq evlərinin 200-ə yaxın şagirdləri üçün süfrə açılıb, onlar milli təamlara qonaq ediliblər.

11.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası