Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə “Bir zamin və bir zaman fərzəndlərimiz» adlı tədbir keçirildi.

15 may 2019-cu ildə Daşkənd Dəmir Yolu Nəqliyyat Professional Kollecində “Bir zamin və bir zaman fərzəndlərimiz” adlı tədbir keçirildi.

Ənənəvi olaraq, hər il kollecin direktorunun dəvəti ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu tədbirdə iştirak edir.

Tədbirin əsas məqsədi – xalqlar arasinda dostluğu və əməkdaşlığı möhkəmləndirmək, gənc nəsli ümumbəşəri dəyərlərində tərbiyələndirmək və digər xalqların mədəniyyəti ilə tanış olmağın vacibliyidir.

Tədbiri Dəmir Yolu Nəqliyyatı kollecinin direktoru Abdufato Qayıbnazarov açaraq, iştirakçıları təbrik edib və qeyd etdi ki, Özbəkistanda 130-dan çox millət və xalqların nümayəndələri yaşayır və onların sırasında Azərbaycan özünün layiqli yerini tutur.

Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova çıxış edərək söylədi ki, xalqlar arasında olan dostluq ən böyük bir varlıqdır. Azərbaycanla Özbəkistan arasında mövcud olan dostluq çoxəsirli tarixə malikdir və bu gündə uğurla davam edir.

Qeyd edək ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz nadir və zəngin mədəniyyətini nümayiş etdi. Tədbirdə Azərbaycanın mədəniyyətini, incəsənətini, ədəbiyyatını və onun çoxəsirli tarixini əks edən kitab sərgisi təşkil olunmuşdur.

Bundan əlavə sərgidə ölkəmizin xarici və daxili siyasəti haqqında kitablar sərgilənmişdir.

Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin Əl işləri dərnəyinin üzvləri tərəfindən hazırlanmış suvenirlər sərgisi ilə yaxından tanış olmaq imkanı qazanmışlar.

Tədbir zamanı iştirakçılar Azərbaycanın zəngin və çeşidli mətbəxi ilə tanış oldular – bunlar dolma, kəbab, plov, dovğa və digər təamlar qonaqların xoşuna gəldi. Çay dəsgahına milli şirniyyatlardan paxlava, şekərbura, badambura hazırlanmış və tədbir iştirakçıları qonaq edilmişlər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi rəqs ansamblının uşaq qrupu Azərbaycan milli rəqsləri ifa etdilər.

Dəmir Yol kollecinin direktoru Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və şəxsən onun direktoru Samir Abbasova bayramın keçirilməsində fəal iştiraka və məsuliyyətlə yanaşmaya görə öz minnətdarlığını bildirdi.

O, qeyd etdi ki, Dəmir Yol Kollecinin tələbələri böyük sevinclə Azərbaycan Mədəniyyət Mərkəzinə gedirlər və burada qardaş Azərbaycan ölkəsinin tarixi, mədəniyyəti və incəsənəti haqqında çox məlumatlar əldə edirlər.

Tədbirdə Azərbaycandan başqa, Tacikistan, Gürcüstan, Ukrayna, Koreya, Rusiya, Qırğızistan, Karakalpakiya və digər ölkələrinin mədəniyyəti və incəsənəti təqdim olunmuşdur.

Tədbirin sonunda mükafatlanma mərasimi keçirildi. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi birinci yerə layiq görüldü və Fəxri Diplomla təltif olundu.

16.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası