Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.


Özbəkistandakı “Mehrcon” Hamilər Şurasının təşkilatçılığı ilə “Türküstan” sarayında hər il ənənəvi olaraq keçirilən “Gənc ulduzlar” Xeyriyyə Festivalında bu ölkədəki digər təşkilatlar kimi əsas sponsorlardan olaraq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

53-cü Xeyriyyə Festivalında tədbirə Daşkənddəki uşaq və internat evlərinin 1000-dən çox şagirdi qatılıb.

Festivalın əsas məqsədi internat evlərində, uşaq evlərində oxuyan yetim və fiziki qüsurlu, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərməkdir.

Azərbaycan Mədəniyyət Mərkəzi tədbirdə iştirakı Azərbaycanın Respublika gününə həsr etmiş və əsas məqsədinin gələcək nəsillər olan uşaqlara Azərbaycan-Özbəkistan dostluğunu təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Daşkənd vilayəti üzrə Həmkarlar Təşkilatları Birliyi sədr müavini Olimjon Topilov qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasından istedadların üzə çıxarılmasının, onların gələcəyə inamının artırılmasının, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edib, əsl dost dəstəyi göstərən Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Özbəkistan dövləti tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, müstəqil dövlətlərimizin gələcək nəsillər üçün böyük imkanlar açdığını söyləyib. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan S.Abbasov müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Təqdim olunan konsert proqramında Daşkənddəki internat və uşaq evlərinin şagirdləri öz istedadlarını nümayiş etdiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəngarəng milli rəqslərimizi ifa ediblər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internet məktəbinə Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.

Bədii hissədən sonra uşaqlara və yeniyetmələrə Daşkənd şəhərində “Səyahət” restoranında ziyafət verilib.

18.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası