Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
  • bg20
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
html5 slider by WOWSlider.com v8.8

Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert keçirilib.

Cari il 21 may tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçirilib.

Tədbirdə xarici ölkələrin Özbəkistana akredtitə olunmuş səfirləri, diplomatları, dövlət və hökümət nümayəndələri, mədəniyyət və sənət adamları, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

İlk öncə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Onun həm Sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz üçün müstəsna xidmətlərindən söhbət açan Səfir məhz, ulu öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bugün dünya miqyasında Azərbaycannın qüdrətli dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycan xalqının öz böyük oğlunun xatirəsini daim əziz tutduğunu və ulu öndərin siyasətinin bugün də uğurla davam etdiyini vurğulayıb.

Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və SSRİ-nin xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə milli musiqilərimizi ifa ediblər.

Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Asəf Zeynallının «Ölkəm”, Rauf Hacıyevin “Azərbaycan”, Muslim Magomaev. “Ey əziz anam, Azərbaycan!, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri iştirakçıların alqışları ilə qarşılanıb.

İştirakçılar Beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri xüsusi maraqla qarşılamışlar.

Əsərlər ifa etdildikcə Özbəkistan Dövlət Konservatoriyasının səhnəsində quraşdırılmış xüsusi ekranda ölkəmizin tarixi, ulu öndər Heydər Əliyev, Azərbaycan mədəniyyəti, sənəti, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müharibə nəticəsində mədəni irsimizə dəymiş ziyan və s. mövzularda videmateriallar nümayiş etdirilib.

Qeyd edək ki, tədbiri Kütləvi İnformasiya Vasitələri geniş işıqlandırıb.

21.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası