Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Respublika Günü münasibəti ilə qəbul keçirilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü, Azərbaycan diplomatiyasının 100 illiyi münasibəti ilə rəsmi qəbul keçirib.

Qəbulda Özbəkistan Baş naziri Abdulla Aripov, Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, Senatın sədr müavini Saleh Safoyev, xarici işlər nazirinin müavini İlham Nematov, Türkiyənin, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, Macarıstanln, Pakistanın, İsrailin, Avropa Birliyinin, Bolqarıstanın, Çinin, Fransanın, İtaliyanın, İspaniyanın, Belorusun, Rusiyanın, Polşanın, Çexiyanın, İranın, Fələstinin və digər körfəz ölkələrinin səfirləri və diplomatik nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak edib.

Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən, onun qısa müddət ərzində gördüyü işlərdən danışıb. Deyilib ki, çətin ictimai-siyasi şəraitdə AXC Avropa və Amerikanın 20-dən artıq dövləti ilə diplomatik münasibətlər qurub, qısa müddət ərzində xalqımızın tarixində silinməz iz buraxıb.

Diplomat vurğulayıb ki, qısa müddət ərzində Azərbaycanın bayrağı, himni, konstitusiyası qəbul edilib, Azərbaycan dili Dövlət dili elan edilib.

Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbir, həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu tarixə təsadüf edir.

H.Quliyev 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.

Hüseyn Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verib. Səfir bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə də məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur.

Səfir Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Özbəkistanın tutduğu ədalətli mövqeyə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin keçirildiyi bir neçə saat ərzində görkəmli Azərbaycan musiqiçiləri Müslüm Maqomayevin və Rəşid Behbudovun məşhur ifaları təqdim edilib.

27.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası