Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

İyunda Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari ilin iyun ayının ilk ongünlüyündə Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçiriləcək.

Bununla əlaqədar keçirilən tədbirlər çərçivəsində Özbəkistanın Sırdərya Vilayətinin mərkəzi Gülüstan şəhərində Nəvai adına Mərkəzi parkda “Azərbaycan! sənsən mənim ülviyyətim” adlı kitab, suvenir, milli libaslar sərgisi təşkil olunacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzinin və Sırdərya Vilayət Hakimiyyətinin təşkilatçılığı ilə Gülüstan şəhəri Mərkəzi parkında möhtəşəm konsert proqramı təqdim olunacaqdır. Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artistləri Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov çıxış edəcəklər, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edəcəklər.

Sözügedən tədbir çərçivəsində Sırdərya Mərkəzi parkında Azərbaycan milli geyimlərinin moda sərgisi də nümayiş olunacaqdır.

Mədəniyyət tədbirləri Özbəkistanın Sənət və Mədəniyyət İnstitutunda “Sən yaşa Vətən” adlı dostluq konserti ilə davamı nəzərdə tutulub. Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artistləri Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov milli musiqilərimizi ifa edəcəklər. Proqramda Azərbaycan sənətçilərinin birgə dueti, habelə Özbəkistanın xalq çalğı alətləri Ansamblı “SOQDİANA” ilə birgə çıxışları, Azərbaycan və Özbək musiqisinin incilərinin səsləndirilməsi nəzərdə tutulub.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin davamı olaraq ədəbiyyat sahəsində də bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu il yüz illiyini qeyd edən Özbəkistanın Turan kitabxana-informasiya Mərkəzi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Memorandumun imzalanması, kitabxanada “Azərbaycan” fondunun yaradılması nəzərdə tutulub.

Bundan başqa, Özbəkistan Yazıçılar Birliyində “Azərbaycan ədəbiyyatı Özbək dilində” adlı sərginin açılışı da planlaşdırılır. Sərgidə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Özbək dilində işıq üzü görən kitabların Özbəkistanın elm, ədəbiyyət sahəsinin mütəxəsislərinə, ictimaiyyət nümayəndələrinə təqdim ediləcəkdir.

Bundan başqa, tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi və Özbək dilinə tərcümə olunmuş "Ovçu" romanı Daşkənddə təqdimatı keçiriləcəkdir. Təqdimat mərasimi Özbəkistan Yazıçılar Birliyində təşkil ediləcəkdir.

31.05.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası