XƏBƏRLƏR 2019
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbacandan bağlı kitab kolleksiyası hədiyyə edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Daşkənddəki “Turan” kitabxana mərkəzi ilə birgə bu kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
İlk öncə “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində siyasi ədəbiyyat və uşaq ədəbiyyatının sərgisi keçirilib, sonra bu nəşrlər Azərbaycan Mədəniyyət Mərkəzinin adından kitabxanaya hədiyyə edilib.
Kitablar arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla əlaqədar nəşrlər var.
Kitabxanaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair nəşrlər, jurnal və bukletlər hədiyyə edilib.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, təqdim olunan kitablar haqqında geniş məlumat verib.
Konsert proqramında AMM-nin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
07.06.2019