Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” nin yekunu və yazıçı Yunus Oğuzun özbək dilinə çevrilmiş “Ovçu” əsərinin təqdimatı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə iyun ayının ilk yarısında bu ölkədə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib.

Bununla əlaqədar keçirilən tədbirlər çərçivəsində Gülüstan, Daşkənd şəhərlərində Azərbaycan mədəniyyətinə, ədəbiyyatına aid tədbirlər keçirilib.

Bu barədə məruzə ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli mədəniyyətimizin tanıdılması və təbliğinə yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin layihəsi ilə mədəniyyət və ədəbiyyat günləri çərçivəsində 2 möhtəşəm konsert proqramının, moda sərgisinin, 2 kitab təqdimatının keçirildiyini qeyd edib. Samir Abbasov Daşkənddəki aparıcı kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının bağışlandığını, keçirilən tədbirlərdə “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı kitab, milli mədəniyyətimizi özüendə əks etdirən suvenirlər, maddi-mədəniyyət nümunələrinin sərgisinin keçirildiyini qeyd edib.

O, Azərbaycan yazıçısı Yunus Oğuzun yaradıcılığı haqqında danışaraq, onun 2016-cı il aprel hadisələrinə həsr olunmuş və Daşkənddə Özbək dilində nəşr olunmuş “Ovçu” romanını yüksək qiymətləndirib. Samir Abbasov Aprel zəfərinin qəhrəmanları, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edən əsərin xalqımızın milli qəhrəmanlıq hislərinin yüksəldilməsinə öz töhvəsini verdiyini bildirib.

Çıxış edənlər Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ni yüksək qiymətləndirərək, məhz Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə həm milli mədəniyyətimizə, həm də ədəbiyyatımıza dair çoxsaylı tədbirlər, layihələr vasitəsi ilə geniş məlumatlandırma və təbliğat işlərinin həyata keçirildiyini vurğulayıblar.

Filoloq alim Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışaraq, müasir dövrdə də bu əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Yunus Oğuzun Özbək xalqının, ümumilikdə Türk dünyasının böyük hökmdarı Əmir Teymur haqqında əsər yazmasını onu oxuculara daha da tanıtdığını və sevdirdiyini deyib.

Kitabın tərcüməçisi filoloq alim Gülbahar Aşurova qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılan “Ovçu” romanında yaradılan obrazların gənclərimiz üçün bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağını söyləyib.

Çıxış edən filoloqlar Babaxan Şərif, Bürabiya Racabova, Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məruzə edərək, cəmiyyətdə bu cür əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd ediblər.

Müəllif Yunus Oğuz çıxışında “Ovçu” romanı haqqında fikirlərini bölüşüb, əsərin yaranması, onun yazılması ilə bağlı xatirələrini danışıb, romanın müasir tariximizə bağlı yazdığı ilk əsər olduğunu qeyd edib. O, gələcəkdə də torpaqlarımızın azadlığı, Qarabağ uğrunda savaşan əsgər və zabitlərimizin şərəfli döyüş yolu haqqında daha möhtəşəm əsərlər yazmaq niyyətində olduğunu qeyd edib.

Sonda Özbəkistanın tanınmış “Turan” Elm Akademiyası türk tarixini geniş araşdırdığı, bu istiqamətdə böyük əsərlər yaratması və geniş təbliğ etdiyi üçün yazıçı Yunus Oğuzu Akademiyanın fəxri akademiki adına layiq gördü.

Tədbirdə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin bağlanışı münasibəti ilə bədii proqram iştirakçılara təqdim olunub.

Bədii proqramda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı, Azərbaycan, Özbəkistan və Tacikistanın mədəniyyət ustalarının iştirakı ilə milli rəqslər, musiqilər ifa olunub.

17.06.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası